27 Eylül 2010 Pazartesi

Bakı küçələrindən axan suyun adı nədir?

Bakıya dünən yağış yağdı. Təsadüfən, həmin gün vacib işim olduğu üçün evden çıxmalı oldum. Evden çıxanda ağlıma gəlməzdi ki, qayıdanda dizə qədər su içində olacam, yoxsa rezin çekme geyinerdim. Şəhərin asfalt küçələrindən bir su gedirdi ki, hələ də onu adlandırmaq üçün söz axtarıram. Arx deyə bilmirəm, çünki arx ensiz olmalı və torpaqdan axmalıdır. Bir az yaxın mənanı bildirən söz kimi Çay uyğun gəlir. Çünki məktəbdə coğrafiyadan (daha doğrusu, repititorun yanında) öyrənmişəm ki, hətta asfaltında belə çay axan məmləkətimdə toplam 8400-ə yaxın çay var. Nəzərə alsaq ki, yayda quruyan axarlara da çay statusu verilir, o zaman nədən gözəl Bakımızın küçələrinə haqqsızlıq olunsun ki? Nədən Bakı küçələrindən axan sulara çay demirlər?
P.S. Parlament seçkiləri gəlir. Namizədlər adətən yol çəkməyə söz verirlər. Lütfen, bir de namizəd sizin məhəlləyə gələndə deyin asfalt çəkəndə kanalizasiya xəttini unutmasın.

18 Eylül 2010 Cumartesi

30 milyonluq BAYRAĞIM

Keçən günlərdə ən çox polemikaya səbəb olan hadisə - bayraq meydanı haqqında yazmağa gecikmişəm deyəsən. Amma ürəyim doludur, ona görə sonda yazmağa həvəs tapdım özümdə. Bayraq meydanı haqqında Azərbaycan televiziyasında, sosial şəbəkələrdə o qədər danışıldı ki, heç İ.Brotski Nobel alanda, ya da Səttam Hüseynin bir vaxtlar diktator zehniyyəti ilə yüksəltdiyi heykəl söküləndə bu qədər danışılmamışdı. Nə mataq iş imiş. Dünyanın ən hündür bayraqları olan ölkələrə baxanda hansı siyahılara düşməyə can atdığımız da anladım. Əgər, son vaxtlar zəiflədiyindən şikayət etdiyim yaddaşım məni aldatmırsa, keçən ay ucaltdığımız bayrağın hündürlüyü 162 metrdir. Di gəl ki, bizdən öncə Şimali Koreyalı, gözüqıyıq qardaşlarımız bu recordu sındırıblarmış Cəmi 2 metr hündürlüklə Şimali Koreyaya (texniki avadanlıqların istehsalında yüksək brend olan Cənubi Koreya ilə səhv salmayın) “qalib gəlib”, -nəzərə alsaq ki, neftləri yoxdur - böyük çətinliklə əldə etdiləri DÜNYANIN ƏN HÜNDÜR BAYRAĞI statusunu əllərindən almışıq.
Ancaq mən şəhərin dekorasiyası üçün qurulmuş bu abidədən daha çox bunu vətənpərvərliyin, dövlətçiliyin az qala simvoluna çevirənlərə təəccübləndim. Sanki vətəpərvərlik bayrağın ölçüsünə tənasüb imiş. Sizi bilmirəm, ama mən otağımda olan balaca bayrağa baxanda keçirdiyim hisslər 162 metr göydə dalğalanan bayrağa baxanda keçirdiyim hiss eynidir. Əgər bayrağa sevgi onun ölçüsündən, materialından asılı olsaydı, yəqin ki, ən vətənsevməz xalqlar demokratik, inkişaf etmiş ölkələrin vətəndaşları olardı. Amma bilmək olmaz, bəlkə onlar da sevir, sadəcə neftləri yoxdur.

Görəsən, bayrağa sevgini 162 metr hündürlükdə dalğalananda hiss edənlər, elə o hündürlükdə cırıq-cırıq olmuş bayrağımızı görəndə nə hiss etdilər? Mən hündürlüyündən asılı olmayaraq dalğalandığını görəndə duyduğun qürur hissi qədər cırıldığını görəndə də üzüldüm. Külək də gözləmədi, həvəslərini gözündə qoydu “millətsevərlərin”. 2 gün keçməmiş bir neçə dəqiqənin içində xərclənilən 30 milyonu göyə sovurdu.
Məmurlardan biri deyib:” nə olsun, parçadı də, cırıla bilər.” Mən ayaqqabımı sildiyim əsgi parçadır. Parçadan fərqini görməyənlər xəbərsizdilərmi ki, o bayrağın ayaqqabı təmizləmə vasitəsi olan parçadan fərqli olduğunu sübut etmək üçün ömrünü Budapeşt həbsxanasına bağışlayan var?
Namusu hifz etmədən, bayrağı yüksəltmək olmaz. Mən demirəm, elələri bu adı özünə yapışdırıb ki, Əhməd Cavad adının önünə artırmağa qorxduğum gerçək ZİYALImız, himnimiz müəllifi deyib bunu