28 Aralık 2010 Salı

Heykəlləşirik...

Bizdə heykəltəraşlıq elə dəbə minib ki, bəlkə tarixində bu sənət qədər urvatsız olmamışdı. Hər addımbaşı heykəl. Həm də eyni formada. İndi də Koroğlunun heykəlini qoyacağıq. Özüdə nə az, nə çox 5 milyon manata. Dünyanın demək olar ki, hər yerində heykəllərə rast gəlmək olar. Ancaq orada heykəllər estetika üçün qoyulursa, biz də ideya daşıyıcısı kimi qəbul olunur. Misal üçün bizim qonaq qarşısında üzüqara olmamaq üçün ortalığa çıxara biləcəyimiz bəlkə də tək ədəbiyyat nümunəsi olan “Əli və Nino” əsərinin qəhrəmnalarına qonşu Gürcüstanda cəmi 10 min dollara heykəl qoyulub. Fikirləşməyin ki, gürcü qardaşlarımız “Əli və Nino”nu hörmətsiz tutub az pul xərcləyiblər. Aşağıdakı şəkildə həmin heykəli görəcəksiz. Az pul xərclənsə də diqqətçəkən və fərqlidir.

Heykəlin müəllifi gürcü Tamar Kvesitadzedir.

İki böyük fiqurdan ibarət olan bu heykəllər hərəkət edirlər. 10 dəqiqə ərzində yavaş-yavaş bir-birinə yaxınlaşaraq bir bütün olurlar. Daha sonra isə yenə ayrılır və yenə birləşirlər. Müəllif bu əsər üzərində 2 ildən çox çalışıb.Əsərin adı isə "Sevgi"-dir.