18 Ocak 2011 Salı

Beynimizin "heykəlləşməsi"

Dünən axşamüstü bir şeyi çox düşündüm. Son vaxtlar nədənsə ətrafımda baş verənlərə iç dünyamın sakinləri tez təpki göstərir. Dünənkilərə də həmən münasibətlərini bildirdilər. Yol boyu məni bu real dünyadan ayrımağı bacardılar. Onların istəklərinə cavab verməsəm inanın, məni Avropa İnsan Haqqları Məhkəməsinə də şikayət edə bilərlər. Gülməyin, doğrudan da edə bilərlər. Siz elə bilirsiniz onlar cahildi?? Yox, canım, onlar məndən də ağıllı, savadlı, demokratikdilər. Zaten elə olmasaydılar məni idarə edə bilməzdilər( buna idarə yox, yönləndirmək deysək daha doğru olar).
Dünən iç dünyamın gündəmini zəbt edən o idi ki, mühit insanlara necə təsir edir? Mən bizim gənclərdən çox şey gözləyirdim. Fikirləşirdim ki, bizim gənclərin şəxsiyyət prinsipləri sırasında ən ön sıralarda, demokratiya, dürüstlük olacaq. Ən azı dünyada söz azadlığı, demokratiya deyə bir şeyin olduğundan xəbərdar olmalıdılar.

Xəbərdar olmalarında da problemlər olur. Ən böyük insan haqqlarının pozulması onların informasiya azadlığının boğulmasıdır. Amma nədə olsa bu gün ətrafda baş verənləri, olub keçənləri izləmək üçün onlara çox da geniş vasitələr sunulmasa da ən azından internet var. Amma, internet də bizim təfəkkürü dəyişə bilmir. Axı yazıq internetdə də günah görmək olmaz.Gənclər internetlə tanış olana qədər mühit, ailə, cəmiyyət bunların beyinlərini elə yoğurub başqa formada heykəlləşdirir, daşlaşdırırlar ki, Allah bu günə kimi bu daşlaşmanı köklü deformasiyaya uğratmaq üçün nəyisə kəşf etmək xoşbəxtliyini heç bir bəndəsinə bəxş etməyib. Heykəlləşdirmək, daşlaşdırmaq və dəyişməmək bizim ana prinsiplərimidən biridir. Bizim insanların heykələ bu qədər güclü marağı olduğunu bir il olar kəşf etmişəm. Keçən il orta məktəbdə uşaqlara sual verdim ki, kim harada heykəlinin qoyulmasını istəyir? Uşaqlardan biri dedi ki, sualı başqa cür qoyun, kim istəməz ki, şəhərin mərkəzində heykləli qoyulmasın? O zaman özüm üçün əmin oldum ki, gələcəkdə Xəzərin bir hissəsini qurudub yerində heykəllər ucaldılmış olsa qeybdən məndə də Zirəddinin “istedadından” pay verildiyini bilərsiz.
İndi bizim gənclər başqa cürdü. Mühit onların beynini elə daşlaşdırıb ki, onun təsirindən kənara çıxa bilmirlər. İnkarı inkar qanunu cəmiyyətimizdə itir sanki. Əgər bu günkü nəsil əvvəlkini inkar edə bilmirsə deməli hər hansı inkişaf yoxdu. Obrazlıq desək gəclər yaşlı nəsili inkar etmirsə, deməli gənlik funksiyasını itiriblər. Amma, bizdə heç "inkişaf" yoxdu demək olmaz. Biz mini ətək geyinib nənəmizi inkar etmiş oluruq. Lakin, mini ətək geyinib metroda oturan qızımız başlayır ətəyini aşağı çəkməyə. Onun özünü oxşatdığı fransız qadın isə mini ətəklə oturanda əksinə ayağını ayağının üstünə,damağına da bir siqret qoyur. Mən bu inkaretməni nəzərdə tutmuram. Mən mini ətək geyinən qızlara qarşı deyiləm. Amma, mahiyyətcə də təzahür tamamlanmalıdır. Bu günkü gənclərimzin əksəriyyətində demokratiya, fikirə hörmət, ən əsası isə dürüstlük mənim dediyim, mənim istədiyim olsun prinsipindən arxada qalıb. İndi əminəm ki, içinizdə bir sual yaranıb ki, bəs sən guya demokratiyanın ana vətəni olan Amerikada böyümüsən? Yox, kim dedi ki, mən sizdən fərqliyəm. Mən də sizin birinizəm. Amma, istisnalar qaydanı qomaz. Əminəm ki, bu yazını oxuyan hər kəs özünü istisna hesab edəcək.)))
Zənnimcə, bunları ən azı fərq etmək üçün gözümü açandan atamın "çestni olun" sözünün təsiri olmamış deyil.
P.S. gəncləri qınadım, özümü gəncləri bəyənməyən boşboğaz yaşlı kimi hiss etdim)))Amma, bu yazdıqlarım yalnız bü gün gördüklərimin təssüratlarıdır

1 yorum:

  1. xanım yazınızı bəyəndim,çalışın yazılarınızda türk sözlərinə deyil öz ana dilimizə hörmət edərək azərbaycan sözlərindən istifadə edəsiniz.

    YanıtlaSil