18 Ocak 2011 Salı

Beynimizin "heykəlləşməsi"

Dünən axşamüstü bir şeyi çox düşündüm. Son vaxtlar nədənsə ətrafımda baş verənlərə iç dünyamın sakinləri tez təpki göstərir. Dünənkilərə də həmən münasibətlərini bildirdilər. Yol boyu məni bu real dünyadan ayrımağı bacardılar. Onların istəklərinə cavab verməsəm inanın, məni Avropa İnsan Haqqları Məhkəməsinə də şikayət edə bilərlər. Gülməyin, doğrudan da edə bilərlər. Siz elə bilirsiniz onlar cahildi?? Yox, canım, onlar məndən də ağıllı, savadlı, demokratikdilər. Zaten elə olmasaydılar məni idarə edə bilməzdilər( buna idarə yox, yönləndirmək deysək daha doğru olar).
Dünən iç dünyamın gündəmini zəbt edən o idi ki, mühit insanlara necə təsir edir? Mən bizim gənclərdən çox şey gözləyirdim. Fikirləşirdim ki, bizim gənclərin şəxsiyyət prinsipləri sırasında ən ön sıralarda, demokratiya, dürüstlük olacaq. Ən azı dünyada söz azadlığı, demokratiya deyə bir şeyin olduğundan xəbərdar olmalıdılar.