28 Aralık 2010 Salı

Heykəlləşirik...

Bizdə heykəltəraşlıq elə dəbə minib ki, bəlkə tarixində bu sənət qədər urvatsız olmamışdı. Hər addımbaşı heykəl. Həm də eyni formada. İndi də Koroğlunun heykəlini qoyacağıq. Özüdə nə az, nə çox 5 milyon manata. Dünyanın demək olar ki, hər yerində heykəllərə rast gəlmək olar. Ancaq orada heykəllər estetika üçün qoyulursa, biz də ideya daşıyıcısı kimi qəbul olunur. Misal üçün bizim qonaq qarşısında üzüqara olmamaq üçün ortalığa çıxara biləcəyimiz bəlkə də tək ədəbiyyat nümunəsi olan “Əli və Nino” əsərinin qəhrəmnalarına qonşu Gürcüstanda cəmi 10 min dollara heykəl qoyulub. Fikirləşməyin ki, gürcü qardaşlarımız “Əli və Nino”nu hörmətsiz tutub az pul xərcləyiblər. Aşağıdakı şəkildə həmin heykəli görəcəksiz. Az pul xərclənsə də diqqətçəkən və fərqlidir.

Heykəlin müəllifi gürcü Tamar Kvesitadzedir.

İki böyük fiqurdan ibarət olan bu heykəllər hərəkət edirlər. 10 dəqiqə ərzində yavaş-yavaş bir-birinə yaxınlaşaraq bir bütün olurlar. Daha sonra isə yenə ayrılır və yenə birləşirlər. Müəllif bu əsər üzərində 2 ildən çox çalışıb.Əsərin adı isə "Sevgi"-dir.

26 Kasım 2010 Cuma

Məhkəmənin copy-paste "obyektiv" qərarı....

Azərbaycan məhkəmələrinin obyektivliyinə aid xəbərlər çox eşitmişik. Ancaq məhkəmələrin fəaliyyətsizliyi haqqında ilk dəfə faktla qarşılaşdım. Sizinlə də paylaşmaq istədim. Məhkəmələrimiz əziyyət çəkib protokolları da yazmaq istəmirlər.

8 Kasım 2010 Pazartesi

Müşahidəçi idim....

7 noyabrda parlament seçkiləri ilə bağlı prosesləri çox yaxından izləyirdim. Baxmayaraq ki, ilk dəfə parlament seçicisi olacaqdım. İçimdə ümid vardı ki, bu dəfə parlamentdə fraksiya yaranacaq. Axı müxalifətdə də ziyalı, gözəl deputat ola biləcək insanlar yox deyil. Beləliklə.......
7 noyabr gəldi. Müşahidəçi idim. Amma seçkinin yox, yaxşı yağlanmış karusel oyunun. Yox, yanlış anlamayın, seçki günü bulvara getməmişdim. Sadəcə, onlarla insanın haqqını tapdalayaraq, onların ah-naləsi ilə tikiləcək qış bulvarına yaxınlığında bir seçki məntəqəsində karusel tamaşaçısı oldum. Bu seçkidən sonra yaşlı insanlar gərgin vəziyyətimi görüb bunu yaşın az olması ilə əlaqləndirdilər. Amma məncə haqsızlığın insana təsiri onun yaşı ilə bağlı deyil. Ən bədbəxt vətəndaş onun hüquqlarının pozulduğu, səsinin – namusunun əlindən alınmasını norma kimi qəbul edib “bəs siz nə gözləyirdiniz? Belə olmalı idi” deyən vətəndaşdır.

4 Kasım 2010 Perşembe

Ceyhun Osmanlıdan fərqi olmayan "radikal” müxalifətçilər

Seçkilər yaxınlaşır, amma insanlar neyi seçəcəklərini bilmirlər. Bəri başdan qeyd edim ki, mən hər mənada azad seçimin tərəfdarıyam. Amma bizim ölkədə nəyinki azad parlament seçkiləri, heç azad şəkildə geyim, partnyor, yaşam seçimi mümkün deyil.

8 Ekim 2010 Cuma

SSRİ-in deyil, Kolumbiya Universitetinin yetirməsi bunu edə bilərdi....

Hərdən bizim ölkənin inkişafı, rüşvətin, korrupsiyanın aradan qaldırlması haqqında elə danışırlar ki, elə bil bu Antraktidada neft tapmaq kimi çətin məsələdir. Təcrübə - Gürcüstan. Görün ki, qısa zamanda nələr etmək olarmış. Dünən Saakaşvilinin müsahibəsini oxuyandan sonra insanın içində bir ümid yaranır, çətin deyil axı dəyişmək, demokratik, rüşvətsiz, korrupsiyasız sistem qurmaq. Halaldı Saakaşvili. İnşallah sənin kimi biri bizə də qismət olar. Amma çətin...Çünki bizim təhsil naziri deyir ki, uşaqları Amerikaya oxumağa göndərmək olmaz, birdən gedib orda gördüklərini Azərbaycana da uyqulamaq eşqinə düşərlər. Gürcüstan hökumətində bütün nazirlər Qərb təhsilindən keçmiş insanlardır. Düşünün rüşvət verib təhsil alan, SRRİ-in yetişdirməsi olan azərbaycanlı nazir necə rüşvət almasın??? Saakraşvili deyir, Gürcüstanda SSRİ kursunu keçmiş insanlar idarəetmədə yoxdu. Super, mənsə deyirəm Azərbaycanda nazirilikləri deyil, birinci növbədə SSRİ insanını universitet idarəçiliyindən təmizləmək lazımdır ki, gənclərin 4 ilini çalıb, özlərinin dublikatlarını yetişdirməsinlər.
Yəqin, siz də eşitmisiz, hərdən taxtabaş insanlar deyir "rüşvət bizim millətin qanındadır", nə etsən də dəyişməyəcək. Baxın, 20 günün içində necə bizim millətin "rüşvət hopmuş" qanını təmizləmək olar? Millət idarə olunur, vətəndaş yetişdirilir axı...(bu mövzuya "ifadə azadlığı idarəetməni çətinləşdirirmi?" adlı yazıda toxunmuşam)
Ahh Saakaşvili... Bir Facebook dostum demiş, axı o əjdahadan bizdə niyə yoxdu???....))

P.S Saakaşvilinin həmin müsahibəsi yerləşdiyi saytda ən çox oxunan xəbər və Facebookda ən çox paylaşılan bağlantı olub. Bu da nəyisə ifadə edir....

27 Eylül 2010 Pazartesi

Bakı küçələrindən axan suyun adı nədir?

Bakıya dünən yağış yağdı. Təsadüfən, həmin gün vacib işim olduğu üçün evden çıxmalı oldum. Evden çıxanda ağlıma gəlməzdi ki, qayıdanda dizə qədər su içində olacam, yoxsa rezin çekme geyinerdim. Şəhərin asfalt küçələrindən bir su gedirdi ki, hələ də onu adlandırmaq üçün söz axtarıram. Arx deyə bilmirəm, çünki arx ensiz olmalı və torpaqdan axmalıdır. Bir az yaxın mənanı bildirən söz kimi Çay uyğun gəlir. Çünki məktəbdə coğrafiyadan (daha doğrusu, repititorun yanında) öyrənmişəm ki, hətta asfaltında belə çay axan məmləkətimdə toplam 8400-ə yaxın çay var. Nəzərə alsaq ki, yayda quruyan axarlara da çay statusu verilir, o zaman nədən gözəl Bakımızın küçələrinə haqqsızlıq olunsun ki? Nədən Bakı küçələrindən axan sulara çay demirlər?
P.S. Parlament seçkiləri gəlir. Namizədlər adətən yol çəkməyə söz verirlər. Lütfen, bir de namizəd sizin məhəlləyə gələndə deyin asfalt çəkəndə kanalizasiya xəttini unutmasın.

18 Eylül 2010 Cumartesi

30 milyonluq BAYRAĞIM

Keçən günlərdə ən çox polemikaya səbəb olan hadisə - bayraq meydanı haqqında yazmağa gecikmişəm deyəsən. Amma ürəyim doludur, ona görə sonda yazmağa həvəs tapdım özümdə. Bayraq meydanı haqqında Azərbaycan televiziyasında, sosial şəbəkələrdə o qədər danışıldı ki, heç İ.Brotski Nobel alanda, ya da Səttam Hüseynin bir vaxtlar diktator zehniyyəti ilə yüksəltdiyi heykəl söküləndə bu qədər danışılmamışdı. Nə mataq iş imiş. Dünyanın ən hündür bayraqları olan ölkələrə baxanda hansı siyahılara düşməyə can atdığımız da anladım. Əgər, son vaxtlar zəiflədiyindən şikayət etdiyim yaddaşım məni aldatmırsa, keçən ay ucaltdığımız bayrağın hündürlüyü 162 metrdir. Di gəl ki, bizdən öncə Şimali Koreyalı, gözüqıyıq qardaşlarımız bu recordu sındırıblarmış Cəmi 2 metr hündürlüklə Şimali Koreyaya (texniki avadanlıqların istehsalında yüksək brend olan Cənubi Koreya ilə səhv salmayın) “qalib gəlib”, -nəzərə alsaq ki, neftləri yoxdur - böyük çətinliklə əldə etdiləri DÜNYANIN ƏN HÜNDÜR BAYRAĞI statusunu əllərindən almışıq.
Ancaq mən şəhərin dekorasiyası üçün qurulmuş bu abidədən daha çox bunu vətənpərvərliyin, dövlətçiliyin az qala simvoluna çevirənlərə təəccübləndim. Sanki vətəpərvərlik bayrağın ölçüsünə tənasüb imiş. Sizi bilmirəm, ama mən otağımda olan balaca bayrağa baxanda keçirdiyim hisslər 162 metr göydə dalğalanan bayrağa baxanda keçirdiyim hiss eynidir. Əgər bayrağa sevgi onun ölçüsündən, materialından asılı olsaydı, yəqin ki, ən vətənsevməz xalqlar demokratik, inkişaf etmiş ölkələrin vətəndaşları olardı. Amma bilmək olmaz, bəlkə onlar da sevir, sadəcə neftləri yoxdur.

Görəsən, bayrağa sevgini 162 metr hündürlükdə dalğalananda hiss edənlər, elə o hündürlükdə cırıq-cırıq olmuş bayrağımızı görəndə nə hiss etdilər? Mən hündürlüyündən asılı olmayaraq dalğalandığını görəndə duyduğun qürur hissi qədər cırıldığını görəndə də üzüldüm. Külək də gözləmədi, həvəslərini gözündə qoydu “millətsevərlərin”. 2 gün keçməmiş bir neçə dəqiqənin içində xərclənilən 30 milyonu göyə sovurdu.
Məmurlardan biri deyib:” nə olsun, parçadı də, cırıla bilər.” Mən ayaqqabımı sildiyim əsgi parçadır. Parçadan fərqini görməyənlər xəbərsizdilərmi ki, o bayrağın ayaqqabı təmizləmə vasitəsi olan parçadan fərqli olduğunu sübut etmək üçün ömrünü Budapeşt həbsxanasına bağışlayan var?
Namusu hifz etmədən, bayrağı yüksəltmək olmaz. Mən demirəm, elələri bu adı özünə yapışdırıb ki, Əhməd Cavad adının önünə artırmağa qorxduğum gerçək ZİYALImız, himnimiz müəllifi deyib bunu

29 Ağustos 2010 Pazar

Günahsızlığın siyasiliyindir:Təbriz

Dünən axşam "Facebook"da yeni tanış olduğum bir dostum meni bir şeirinde etiketlemiş. Gerçi, "Facebook"da kimse meni şekilde, notda etiketleyende əsəbləşirəm, çünki kim onun haqqında ne yorum yazsa mene bildiriş gelir, amma dünən dostum şeirinde meni etiketlediyi üçün teşekkür də etdim. Dostumun şair olduğunu bilirdim, amma heç bir şeirini oxumamışdım. Şeir görmədiyim, amma çox istədiyim Tebriz haqqında idi. Həm də ənənəvi, xoşumgəlməyən qafiyə şeiri deyildi. Çox bəyəndim, öz blogumda da yazdım, siz de oxuya bilesiniz deyə. Xoşunuza gelsə, sevinərəm.

Bütün şəhərlər ,Təbriz
Bütün küçələr, Miyar- Miyar
Bütün adamlar ,sən,
Hərdən bir gəlirsən
Yuxularımda uzanırsan
Və mən öz bədənimi
Çətinliklə yada salıram!

-Yola düşürəm.

Ana!

Səndə itirmişəm sevdiyim qadını!

Mən girdə bir yol açdım
Amma heç bilmədim
Bir ömür gedib
Dibinə çata bilməyəcəm!

Uzaq meşəliklərdən gətirməliydim Odunu

Mən özümə sürgün düşdüm
Və yel
Çığıra-çığıra
Öldü!

-həmişə fikirləşirəm
Amma nədənsə varlığım
Hərdən bir olur!

Indi böyük bir kəlməsən
Və günahsızlığın
Siyasiliyindir.

Yalan danışmağa zaman yoxdur
Indi
Elə indi qayıt
Mən yazmağa
Yaşamaqdan çox alışmışam,
Mən dibimə qədər darıxmışam!

Sən sözcüklərdən silindin
Və şəkilin
Ən unudulmalı saniyəyə çevrildi
Sən qızışırdın
Və ləzzət
Damarlarımızda dolanan kölgələr kimi axırdı
Mən sinələrini axtarırdım kölgələrin ortasında
Mən yaş olurdum yaş
Və şəkilin silinirdi sözcüklərdən!
Biz uça bilərdik Ana
ORALARIMIZ qoymadı!

Pəncərəni bağladım
Günəş öldü

Pəncərəni bağıadım
Ay öldü,

Mən isə həyatı
sinəmə sancaqladım...

Qırmızı alma ye
Sev
Təbriz duvarları qədər ucal,

Yalqızlıq qadındır
Dayanmadan sənə bağırır
Və sən
Yaralı ağac kimi
Cəngələ sığınırsan!

--------------------------- Saymaz Aruz

Miyar_Miyae: Təbrizə küçə adıdır...