26 Kasım 2010 Cuma

Məhkəmənin copy-paste "obyektiv" qərarı....

Azərbaycan məhkəmələrinin obyektivliyinə aid xəbərlər çox eşitmişik. Ancaq məhkəmələrin fəaliyyətsizliyi haqqında ilk dəfə faktla qarşılaşdım. Sizinlə də paylaşmaq istədim. Məhkəmələrimiz əziyyət çəkib protokolları da yazmaq istəmirlər.

8 Kasım 2010 Pazartesi

Müşahidəçi idim....

7 noyabrda parlament seçkiləri ilə bağlı prosesləri çox yaxından izləyirdim. Baxmayaraq ki, ilk dəfə parlament seçicisi olacaqdım. İçimdə ümid vardı ki, bu dəfə parlamentdə fraksiya yaranacaq. Axı müxalifətdə də ziyalı, gözəl deputat ola biləcək insanlar yox deyil. Beləliklə.......
7 noyabr gəldi. Müşahidəçi idim. Amma seçkinin yox, yaxşı yağlanmış karusel oyunun. Yox, yanlış anlamayın, seçki günü bulvara getməmişdim. Sadəcə, onlarla insanın haqqını tapdalayaraq, onların ah-naləsi ilə tikiləcək qış bulvarına yaxınlığında bir seçki məntəqəsində karusel tamaşaçısı oldum. Bu seçkidən sonra yaşlı insanlar gərgin vəziyyətimi görüb bunu yaşın az olması ilə əlaqləndirdilər. Amma məncə haqsızlığın insana təsiri onun yaşı ilə bağlı deyil. Ən bədbəxt vətəndaş onun hüquqlarının pozulduğu, səsinin – namusunun əlindən alınmasını norma kimi qəbul edib “bəs siz nə gözləyirdiniz? Belə olmalı idi” deyən vətəndaşdır.

4 Kasım 2010 Perşembe

Ceyhun Osmanlıdan fərqi olmayan "radikal” müxalifətçilər

Seçkilər yaxınlaşır, amma insanlar neyi seçəcəklərini bilmirlər. Bəri başdan qeyd edim ki, mən hər mənada azad seçimin tərəfdarıyam. Amma bizim ölkədə nəyinki azad parlament seçkiləri, heç azad şəkildə geyim, partnyor, yaşam seçimi mümkün deyil.