8 Ekim 2010 Cuma

SSRİ-in deyil, Kolumbiya Universitetinin yetirməsi bunu edə bilərdi....

Hərdən bizim ölkənin inkişafı, rüşvətin, korrupsiyanın aradan qaldırlması haqqında elə danışırlar ki, elə bil bu Antraktidada neft tapmaq kimi çətin məsələdir. Təcrübə - Gürcüstan. Görün ki, qısa zamanda nələr etmək olarmış. Dünən Saakaşvilinin müsahibəsini oxuyandan sonra insanın içində bir ümid yaranır, çətin deyil axı dəyişmək, demokratik, rüşvətsiz, korrupsiyasız sistem qurmaq. Halaldı Saakaşvili. İnşallah sənin kimi biri bizə də qismət olar. Amma çətin...Çünki bizim təhsil naziri deyir ki, uşaqları Amerikaya oxumağa göndərmək olmaz, birdən gedib orda gördüklərini Azərbaycana da uyqulamaq eşqinə düşərlər. Gürcüstan hökumətində bütün nazirlər Qərb təhsilindən keçmiş insanlardır. Düşünün rüşvət verib təhsil alan, SRRİ-in yetişdirməsi olan azərbaycanlı nazir necə rüşvət almasın??? Saakraşvili deyir, Gürcüstanda SSRİ kursunu keçmiş insanlar idarəetmədə yoxdu. Super, mənsə deyirəm Azərbaycanda nazirilikləri deyil, birinci növbədə SSRİ insanını universitet idarəçiliyindən təmizləmək lazımdır ki, gənclərin 4 ilini çalıb, özlərinin dublikatlarını yetişdirməsinlər.
Yəqin, siz də eşitmisiz, hərdən taxtabaş insanlar deyir "rüşvət bizim millətin qanındadır", nə etsən də dəyişməyəcək. Baxın, 20 günün içində necə bizim millətin "rüşvət hopmuş" qanını təmizləmək olar? Millət idarə olunur, vətəndaş yetişdirilir axı...(bu mövzuya "ifadə azadlığı idarəetməni çətinləşdirirmi?" adlı yazıda toxunmuşam)
Ahh Saakaşvili... Bir Facebook dostum demiş, axı o əjdahadan bizdə niyə yoxdu???....))

P.S Saakaşvilinin həmin müsahibəsi yerləşdiyi saytda ən çox oxunan xəbər və Facebookda ən çox paylaşılan bağlantı olub. Bu da nəyisə ifadə edir....