20 Aralık 2011 Salı

Bizi silkələyən romanlar

Keçənlərdə dostlar Fransa Mədəniyyət Mərkəzinə yığışıb kitabdan danışdılar. Tanınmış yazarlar da iştirak edirdi. Dostum Cavid Ramazanov kitabların əhəmiyyətindən söz açdı. Neçə vaxtdır məni düşündürən sualı sordum ona. Ədəbiyyat insana nə verir? Cavid deyir, ədəbiyyat insana vicdanlı olmağı, insan olmağı öyrədir. Amma məncə deyil. Yəni tam olaraq deyil. Çünki bu ölkədə ədəbiyyat oxuyub yenə vicdansızlıq edən gördüm ki. O zaman Rafael Hüseynov heç ədəbiyyatdan xəbəri yoxdu ki. Ədəbiyyat insanın baxış mağarasını genişlənirir, doğruları, həqiqətləri görməyinə şərait yaradır. Vicdanı ədəbiyyat paylamır, məncə.
Deməli Toronto Üniversitetinünü iki müəllimi: psixiatr Keys Oatli (Keith Oatley) və İngrid Vikelgren (Ingrid Wickelgren) bu mövzu ilə bağlı məqalə yazıblar. Məqalədəki fikirlərə görə, roman həm insanların yaradıcı fantaziyasını zənginləşdirir, həm də sosial münasibətləri gücləndirir. Adını qeyd etdiyim iki alim insan beynini inkişaf etdirən 10 roman müəyyənləşdiriblər.
Top onluq belədir:

25 Ekim 2011 Salı

Mənim adım qıpqırmızı

“Benim Adım Kırmızı” romanı Orxan Pamukun oxuduğum ilk əsəri idi. Hətta buna qədər Orxan Pamukun yaradıcılığından xəbərsiz olduğuma görə çox utanırdım, çünki Orxan Pamuk gündəmdə olan yazardır, o həm də vətəndaş mövqeyi sərgiləyən yazardır.

Orxan Pamukdan bir şey oxumaq istədiyimi dediyim dostum onun iki əsərini məsləhət gördü: “Qar” və “Mənim adım Qırmızı”. Onun bu iki roman haqqında mənə verdiyi qısa informasiyaya əsasən “Mənim adım Qırmızı”nı oxumağa qərar verdim. Kitabı oxumağa başlamamışdan əvvəl internetdə onun haqqında oxucuların rəylərini axtardım. Mən ədəbiyyatçı olmadığım üçün oxuduğum əsələri ya məsləhət bilirlər, ya əsər əsasında çəkilmiş kinoya baxdıqdan sonra, yaxud da internetdə kiminsə rəyinə əsasən oxumağa qərar verirəm. Təbii ki, buraya klassik dünyaşöhrətli yazıçıların (Tolstoy, Dostoyevski, Hemenquey, Oskar Vald və digərləri) əsərləri daxil deyil. Ümumiyyətlə, dünyagörüşünün formalaşması üçün belə məşhur əsərlərdən xəbərdar olmaq üçün mütləq oxumağa çalışıram.

Kitab haqqında kimsə bəyəndiyini, kimsə çox darıxdırıcı roman olduğunu, kimi isə elə əsl romanın belə olduğunu yazmışdır. Və nəhayət ki, 470 səhifəlik dünyaca məşhur bu kitabı oxumağa başalaya bildim...

24 Ekim 2011 Pazartesi

Əlimizdəki quşlar

İstəyirəm bu yaxınlarda oxuduğum maraqlı kitablar haqqında fikirlərimi sizinlə paylaşım. Türk ədəbiyyatını çox az oxusam da, İnci Ararın “Ölü Erkek Kuşlar” əsəri çox xoşuma gəldi. Rəngli sujet xətti olmamasına baxmayaraq, əsər sonuna qədər oxucu üçün özünün marağını qoruyur.

Münasibətlər, insan psixologiyasından bəhs edən kitab bir insanın istəklərinin sabit olmadığını, inkişafını əks etdirir. İnsanların, əsasən də qadınların bilinməyən, bəlkə də çox kişinin təxmin etdmədiyi qaranlıq köşələrinə əl uzadan müəllif qadına və eyni zamanda kişiyə cəmiyyətin biçdiyi don və insanların eqosu arasında ölçü fərqlərini göstərməyə çalışıb. Əsərdə 3 insanı mərkəzə alınıb. Öz ayaqları üzərində duran, savadlı, mədəni, yüksək inellektə sahib, həyatda tək başında var olmağa çalışan qadının hisslərinin dəyişkənliyindən danışılır.

26 Eylül 2011 Pazartesi

Liftdə

Tanımadığımız insanlarla bir neçə dəqiqə birlikdə qalmağa məcbur olduğumuz darısqal bir yer var - lift. Qəribə səssizlik olur liftlərdə. Hər gün işə gələrkən liftin düyməsini basıb gözləyəndə liftdə qarşılaşacağım insanları ciddi şəkildə düşünürəm. Görəsən kişi yaxud qadın olacaq, qoca ya cavan birimi olacaq, hicablı birimi olacaq, mənə "salam" deyəcəkmi və s bu kimi gic suallar beynimdə dolaşır. Bilmirəm niyə, amma liftə gülümsəyərək minib, "salam" deyən insanları görmək çox xoşuma gəlir.

İndi bir az irəli gedib, liftə minib-düşən hər kəsə gülərüzlə "salam" deyirəm. Hərdən bu salamlaşma tanışlıqla bitir. Təbii ki, salam verdiyiniz əcnəbi biridirsə.

Bu arada, ikinci mərtəbəyə liftlə çıxanları qınayıram, lifti gözləyənə qədər ikinci mərtəbəyə qalxmaq mümkündür, üstəlik bu sizi yoracaq qədər ağır iş deyil :)

15 Eylül 2011 Perşembe

“Fuck buddy” və "Friends with benefits"

Axır ki, şeytanın ayağını qırıb, kinoya getmək istədim. Buna görə də internetdə Bakı kinoteatrlarının afişalarına baxmağa başladım. Göstəriləcək bir filmin adı diqqətimi çəkdi. “Seksual dostluq”. Ona görə yox ki, filmin adında "seks" sözü görmüşdüm. Ona görə ki, bu filmə orjinal dilində artıq baxmışdım. Filmin orjinal adı „Friends with benefits”dir. Bu söz Azərbaycan dilində qarşılığı mənə xeyli maraqlı göründü. Ancaq təəssüf ki, bu tərcüməyə alternativ tapa bilmədiyim üçün seksual dostluq ifadəsi ilə razılaşmalı oldum . Seksual dostluq nədir?

12 Eylül 2011 Pazartesi

Ərəb dünyasının "bahar"ında qadınlar....

Ərəb dünyasında baş verən tarixi dəyişikliyi izlədik. Uzun illərdir xalqın seçmədiyi iqtidarlar və liderlər yavaş-yavaş öz gücünü itirir, əvəzində isə xalq demokratiyaya doğru cığır açmağa başlayır. Ərəb dünyasına növbə ilə gələn “bahar” illərdir hüquqları tapdalanan və susdurulan bir təbəqə üçün əsl baharın müjdəsi idi: Bu susdurulan toplum təbii ki, qadınlar idi. Bəlkə də, ərəb tarixində qadın səsi ən güclü indi eşidilirdi. Onlar yaşanan inqilabların qəhrəmanına çevriliblər.

Üsyanlarda qadınların belə fəal iştirakı illərdir insanlarında beynində formalaşmış “qadın” streotipini təməlindən sarsıtdı. İtaətkar, boyun əyən, haqqı tapdalanan və bunun üçün mübarizə aparmayan “müsəlman qadını” imicini ərəb dünyasına gələn “bahar”ın suları ləkələyir. Bəlkə də bir neçə ay öncə inqilabın “kişi işi” olduğunun düşünənlər ərəb qadının bu cəsarətini və həyatını təhlükəyə atmaq hesabına olsa da inandıqları dəyələr uğrunda savaşacağını təxmin etməzdilər.

8 Eylül 2011 Perşembe

Oğlanların qızlara nisbəti...



"Allah xeyir versin", "Bir yastıqda qocalsınlar", "Oğullu-qızlı olsunlar", "Birlikdə saç ağartsınlar"....

Bu sözləri Azərbaycan toyunda ən azı bir dəfə iştirak etmiş hər kəs toy boyu dəfələrlə eşidib. Toya dəvət olunan hər bir qonağın təbrik nitqində bu sözlərə tez-tez rast gəlmək olar. Təbii ki, təbrik söyləyən insanların bu ifadələri yaxşı niyyətlə söyləməsinə heç kim, o cümlədən mən şübhə etmirəm. Bu ifadələrin həqiqətə çevrilməsini toy günündə qohumlar, dostlar arzu edir. Ancaq xoşbəxtliyin bir yastıqda neçə il yatmaqlar, neçə oğul-qıza sahib olmaqla ölçülməsi nə dərəcədə doğrudur deyə bilmərəm.

3 Eylül 2011 Cumartesi

Uşaqlar və cinsi mövzular

Uşaqlarla cinsəl mövzularda açıq danışmaq lazımdırmı?

Əgər lazımdırsa bu necə edilməlidir?

Bəlkə uşaqlar özləri cinsəlliyi öyrənməlidirlər?

Övladına cinsi orqanın adını öyrətməyə çəkinən valideyn ona cinsəlliyi öyrənməkdə necə kömək edə bilər?

Adətən valideynlər uşaqlarına kiçik yaşlarında cinsəllik haqqında çox az danışırlar, hətta cinsi orqanların adını belə çəkməyə çəkinirlər. Bunun əvəzində müxtəlif adlar icad edirlər. Demək olar ki, böyük əksəriyyət analar uşaqları ilə danışarkən cinsi orqanın tibbi ədəbiyyatda qeyd edilən adlarını dillərini belə gətirmirlər.

6 Ağustos 2011 Cumartesi

Sofiya Tolstoy

Tarixdə az sayda qadın adı var. Oxuduğumuz qadın adlarının demək olar ki, böyük əksəriyyəti hansısa kişinin biyoqrafiyasından bizə məlumdur. Tarix qadınlara haqsızlıq etdi, yoxsa tarixi yazanlar? Bu suala cavab vermək çox çətindir. Çünki tarix bu günün görmədiyi zaman kəsimidir. Kimsə görmədiyi zamanı dilimi haqqında dəqiq və doğru mühakimə yürütmək iqtidarında deyil. Mən də bu suala düzgün cavab verə bilməsəm də, bir şeyi dəqiq deyə bilərəm. Tarix boyu onlara verilən şəraitdə, onlara qarşı yönəldilən streoptilərlə az da olsa qadın adının bu gününə çatması möcizə deyə biləcəyimiz bir şeydir.
Son zamanlar ən çox oxunan, dünyada səs-səda yarada bilən qadın yazarlardan biri olan Elif Şafakın "Qara süd" (Siyah süt) əsərində yaxşı müqayisəyə rast gəldim. Əsərdə Elif Şafak iki dahi şairi və onların bacıları haqqında maraqlı fikirlər yazmışdır. Görəsən Fizulinin, yaxud da Şekspirin onlar qədər istedadlı bacıları olsaydı həmin bacılar da ədəbiyyatda, tarixdə qardaşları kimi iz buraxardılar?”

24 Temmuz 2011 Pazar

Həbsxanada evlilik

Bəzən insan elə an yaşamağa məhkum olur ki, bu an nə etməsinə yalnız hissləri qərar verə bilər. Məntiqin arzu etmədiyi bu anı həyatında yaşamağı kimsə özünə arzu etməz. Amma həyat arzularımızın üzərində qurulsaydı yəqin ki, bu da bizə maraqlı olmazdı. Misal üçün mənim kimi hər zaman yenilik və fərqlilik axtaran biri üçün belə həyat maraqsız görünür. Amma mən özüm də bəzən elə surprizlər elə yeniliklərlə qarşılaşıram ki, bunu heç vaxt yaşamaq istəməzdim.
Planlar qurub gözləmədiyiniz bir hadisə onu alt-üst edib, sonra da planlarınızın zibilliyində oturub "nə etməliyəm" sualına cavab axtarmaq çətindir. Hələ də bu hal xanımların başına gələrsə. Belə haldan çıxmaq nə qədər məntiq tələb edirsə, bir o qədər də güclü ruh, hisslər tələb edir. Çünki həbsdə olan sevgilinlə evlənmək məntiqlə bərabər hisslərin də diktəsi ilə verilmiş qərardır.

17 Mayıs 2011 Salı

Love what you have

Sometimes the God doesn’t give us presents such as diplomas, degrees, and etc. But instead, He gives us scars, illnesses and other difficulties. Last night my friend sent me the video. That video caused to me think about what i have. i understood that i have a lot things that i ignore.

However, I know from my own life, the wounds that I had, have really helped me develop and improve myself, become who I am, what I do and what I believe. Had I not gone through those hard times in my life, I really don’t think I would be as aware of how in need of God I am. How Faithful and Dependable He is.

it’s easy to get the feeling to want and desire what someone else has like cars, and even houses, dresses, jewelries and so on. You see a new dress in a store that you think you can’t live without and suddenly, the perfectly fine dress in your bedroom is no longer acceptable.

21 Nisan 2011 Perşembe

Universitet nəyə yarar?

Bu yaxınlarda yolum TQDK-dan düşmüşdü. Baxmayaraq ki, səhərin gözü təzəcə açılmışdı, qapının ağzında xeyli valdeyin var idi ki, abituriyent jurnalı əllərində keçid ballarının aşağı salınması ilə maraqlanırdılar. Minlərlə ana-ata uşaqlarını Azərbaycanda və dünyada ən yaxşı məktəblərdə oxuması üçün sanki yarışırlar. Bununla bərabər dünyada xeyli sayda tanınmış öz sahələrində uğur qazanmış, lider olan insanlar var ki, onlar da zamanında universiteti buraxıblar. Misal üçün Bill Gates Harvard Universitetini buraxdı. Bu iş adamlarının avtobioqrafiyasına aid internetdə xeyli məqalə var. Başlıqlar da insanın diqqətini çəkir "Məktəbi buraxmasam bu möhtəşəm şirkəti qura bilməzdim. Bu möhtəşəm uğurları əldə edə bilməzdim."

17 Nisan 2011 Pazar

American’s education system and SSRI’ education tradition

I want to share the meeting with the U.S ambassador to Azerbaijan Matthew J. Bryza.
Mr. Bryza met with more than 100 young people at Free Thought University (Azad Fikir Universiteti-AFU). The topic of the discussion was “Azerbaijan-U.S.A relationships”.
Most of the participants were invited with the most active members of the audience from AFU. The audience also included well-known young people, bloggers, journalists, etc. Mr.Bryza talked about free society, democracy, education and health care issues in Azerbaijan.

10 Şubat 2011 Perşembe

Çox utandırıcı idi....

Bu gün Facebook-da Türkiyədən olan siyasi baxışlarında müəyyən qədər ortaq olduğum dostumla söhbət edirdim. Dostum təhsilini Bakıda davam etdirmək niyyətində olduğunu dedi. Mən isə onu bu fikrindən daşındırmaq üçün ölkəmin bərbad vəziyyətdə olan təhsil sistemini, universitetlərdəki rüşvəti anlatmağa 1 saata yaxın vaxtımı sərf etdim. Nə yaxşı ki, sonda dostumu fikrindən daşındıra bildim. Özümə rəva bilmədiyimi başqasına rəva bilmək ədalətsizlikdir ki, bu da istənilən halda millətçilik hissini arxada qoyur. Səmimi yazırlam, çox utandırıcı idi.
Doğrudan da, hazırkı sistemin səbəb olduğu utandırıcı təhsil sisteminə görə bir əcnəbiyə (Türkiyəli olsa belə) “mənim ölkəmə gəlmə” demək heç asan deyildi.

18 Ocak 2011 Salı

Beynimizin "heykəlləşməsi"

Dünən axşamüstü bir şeyi çox düşündüm. Son vaxtlar nədənsə ətrafımda baş verənlərə iç dünyamın sakinləri tez təpki göstərir. Dünənkilərə də həmən münasibətlərini bildirdilər. Yol boyu məni bu real dünyadan ayrımağı bacardılar. Onların istəklərinə cavab verməsəm inanın, məni Avropa İnsan Haqqları Məhkəməsinə də şikayət edə bilərlər. Gülməyin, doğrudan da edə bilərlər. Siz elə bilirsiniz onlar cahildi?? Yox, canım, onlar məndən də ağıllı, savadlı, demokratikdilər. Zaten elə olmasaydılar məni idarə edə bilməzdilər( buna idarə yox, yönləndirmək deysək daha doğru olar).
Dünən iç dünyamın gündəmini zəbt edən o idi ki, mühit insanlara necə təsir edir? Mən bizim gənclərdən çox şey gözləyirdim. Fikirləşirdim ki, bizim gənclərin şəxsiyyət prinsipləri sırasında ən ön sıralarda, demokratiya, dürüstlük olacaq. Ən azı dünyada söz azadlığı, demokratiya deyə bir şeyin olduğundan xəbərdar olmalıdılar.