24 Temmuz 2011 Pazar

Həbsxanada evlilik

Bəzən insan elə an yaşamağa məhkum olur ki, bu an nə etməsinə yalnız hissləri qərar verə bilər. Məntiqin arzu etmədiyi bu anı həyatında yaşamağı kimsə özünə arzu etməz. Amma həyat arzularımızın üzərində qurulsaydı yəqin ki, bu da bizə maraqlı olmazdı. Misal üçün mənim kimi hər zaman yenilik və fərqlilik axtaran biri üçün belə həyat maraqsız görünür. Amma mən özüm də bəzən elə surprizlər elə yeniliklərlə qarşılaşıram ki, bunu heç vaxt yaşamaq istəməzdim.
Planlar qurub gözləmədiyiniz bir hadisə onu alt-üst edib, sonra da planlarınızın zibilliyində oturub "nə etməliyəm" sualına cavab axtarmaq çətindir. Hələ də bu hal xanımların başına gələrsə. Belə haldan çıxmaq nə qədər məntiq tələb edirsə, bir o qədər də güclü ruh, hisslər tələb edir. Çünki həbsdə olan sevgilinlə evlənmək məntiqlə bərabər hisslərin də diktəsi ilə verilmiş qərardır.