26 Eylül 2011 Pazartesi

Liftdə

Tanımadığımız insanlarla bir neçə dəqiqə birlikdə qalmağa məcbur olduğumuz darısqal bir yer var - lift. Qəribə səssizlik olur liftlərdə. Hər gün işə gələrkən liftin düyməsini basıb gözləyəndə liftdə qarşılaşacağım insanları ciddi şəkildə düşünürəm. Görəsən kişi yaxud qadın olacaq, qoca ya cavan birimi olacaq, hicablı birimi olacaq, mənə "salam" deyəcəkmi və s bu kimi gic suallar beynimdə dolaşır. Bilmirəm niyə, amma liftə gülümsəyərək minib, "salam" deyən insanları görmək çox xoşuma gəlir.

İndi bir az irəli gedib, liftə minib-düşən hər kəsə gülərüzlə "salam" deyirəm. Hərdən bu salamlaşma tanışlıqla bitir. Təbii ki, salam verdiyiniz əcnəbi biridirsə.

Bu arada, ikinci mərtəbəyə liftlə çıxanları qınayıram, lifti gözləyənə qədər ikinci mərtəbəyə qalxmaq mümkündür, üstəlik bu sizi yoracaq qədər ağır iş deyil :)

15 Eylül 2011 Perşembe

“Fuck buddy” və "Friends with benefits"

Axır ki, şeytanın ayağını qırıb, kinoya getmək istədim. Buna görə də internetdə Bakı kinoteatrlarının afişalarına baxmağa başladım. Göstəriləcək bir filmin adı diqqətimi çəkdi. “Seksual dostluq”. Ona görə yox ki, filmin adında "seks" sözü görmüşdüm. Ona görə ki, bu filmə orjinal dilində artıq baxmışdım. Filmin orjinal adı „Friends with benefits”dir. Bu söz Azərbaycan dilində qarşılığı mənə xeyli maraqlı göründü. Ancaq təəssüf ki, bu tərcüməyə alternativ tapa bilmədiyim üçün seksual dostluq ifadəsi ilə razılaşmalı oldum . Seksual dostluq nədir?

12 Eylül 2011 Pazartesi

Ərəb dünyasının "bahar"ında qadınlar....

Ərəb dünyasında baş verən tarixi dəyişikliyi izlədik. Uzun illərdir xalqın seçmədiyi iqtidarlar və liderlər yavaş-yavaş öz gücünü itirir, əvəzində isə xalq demokratiyaya doğru cığır açmağa başlayır. Ərəb dünyasına növbə ilə gələn “bahar” illərdir hüquqları tapdalanan və susdurulan bir təbəqə üçün əsl baharın müjdəsi idi: Bu susdurulan toplum təbii ki, qadınlar idi. Bəlkə də, ərəb tarixində qadın səsi ən güclü indi eşidilirdi. Onlar yaşanan inqilabların qəhrəmanına çevriliblər.

Üsyanlarda qadınların belə fəal iştirakı illərdir insanlarında beynində formalaşmış “qadın” streotipini təməlindən sarsıtdı. İtaətkar, boyun əyən, haqqı tapdalanan və bunun üçün mübarizə aparmayan “müsəlman qadını” imicini ərəb dünyasına gələn “bahar”ın suları ləkələyir. Bəlkə də bir neçə ay öncə inqilabın “kişi işi” olduğunun düşünənlər ərəb qadının bu cəsarətini və həyatını təhlükəyə atmaq hesabına olsa da inandıqları dəyələr uğrunda savaşacağını təxmin etməzdilər.

8 Eylül 2011 Perşembe

Oğlanların qızlara nisbəti...



"Allah xeyir versin", "Bir yastıqda qocalsınlar", "Oğullu-qızlı olsunlar", "Birlikdə saç ağartsınlar"....

Bu sözləri Azərbaycan toyunda ən azı bir dəfə iştirak etmiş hər kəs toy boyu dəfələrlə eşidib. Toya dəvət olunan hər bir qonağın təbrik nitqində bu sözlərə tez-tez rast gəlmək olar. Təbii ki, təbrik söyləyən insanların bu ifadələri yaxşı niyyətlə söyləməsinə heç kim, o cümlədən mən şübhə etmirəm. Bu ifadələrin həqiqətə çevrilməsini toy günündə qohumlar, dostlar arzu edir. Ancaq xoşbəxtliyin bir yastıqda neçə il yatmaqlar, neçə oğul-qıza sahib olmaqla ölçülməsi nə dərəcədə doğrudur deyə bilmərəm.

3 Eylül 2011 Cumartesi

Uşaqlar və cinsi mövzular

Uşaqlarla cinsəl mövzularda açıq danışmaq lazımdırmı?

Əgər lazımdırsa bu necə edilməlidir?

Bəlkə uşaqlar özləri cinsəlliyi öyrənməlidirlər?

Övladına cinsi orqanın adını öyrətməyə çəkinən valideyn ona cinsəlliyi öyrənməkdə necə kömək edə bilər?

Adətən valideynlər uşaqlarına kiçik yaşlarında cinsəllik haqqında çox az danışırlar, hətta cinsi orqanların adını belə çəkməyə çəkinirlər. Bunun əvəzində müxtəlif adlar icad edirlər. Demək olar ki, böyük əksəriyyət analar uşaqları ilə danışarkən cinsi orqanın tibbi ədəbiyyatda qeyd edilən adlarını dillərini belə gətirmirlər.