21 Nisan 2011 Perşembe

Universitet nəyə yarar?

Bu yaxınlarda yolum TQDK-dan düşmüşdü. Baxmayaraq ki, səhərin gözü təzəcə açılmışdı, qapının ağzında xeyli valdeyin var idi ki, abituriyent jurnalı əllərində keçid ballarının aşağı salınması ilə maraqlanırdılar. Minlərlə ana-ata uşaqlarını Azərbaycanda və dünyada ən yaxşı məktəblərdə oxuması üçün sanki yarışırlar. Bununla bərabər dünyada xeyli sayda tanınmış öz sahələrində uğur qazanmış, lider olan insanlar var ki, onlar da zamanında universiteti buraxıblar. Misal üçün Bill Gates Harvard Universitetini buraxdı. Bu iş adamlarının avtobioqrafiyasına aid internetdə xeyli məqalə var. Başlıqlar da insanın diqqətini çəkir "Məktəbi buraxmasam bu möhtəşəm şirkəti qura bilməzdim. Bu möhtəşəm uğurları əldə edə bilməzdim."

Ancaq universitet oxumaqla dünyanın altını üstünə çevirəcəyini düşnənlər də var. Misal üçün keçən dəfə tələsik evdən çıxıb dərsə gedirdim ki, qonşum Məmməd dayının biz cavanlardan gileylənməsini eşitdim: "Mən bir oxusaydım, dünyanın altını üstünü gətirərdim." deyir. Hansı doğru? Oxuyanlarmı, oxumayanlarmı dünyanın altını üstünə gətirir?

Bu suala məntiqli bir cavab lazımdır. Əvvəlcə liderliklə əlaqədar bir tərif verim: "İdarəçilər davam etdirər; liderlər dəyişdirər." Bir dənə də tərif əlavə edim ki, sualın cavabını daha asan tapaq: "İdarəçilər işləri doğru edər. Liderlər doğru işləri edər." Bu iki tərif, sualımıza cavab tapmamıza kömək edər. "Liderlər dəyişdirər" sözü doğrudursa, deməli lider mövcud nizamı pozan adamdır. Mövcud nizamı pozmaq isə etiraz etməyi tələb edir. Məktəbin ciddi nizamı olur. Bu səbəbdən məktəbi buraxmağı da nizama ciddi bir şəkildə etiraz etmək kimi qəbul edə bilərik. Ancaq, məktəbi buraxmış milyonlarla insan olmasına baxmayaraq bu insanların həyatlarında ciddi bir uğur qanamış deyillər. Məktəbi buraxanlardan çox azı, milyonda biri dünya səviyyəsində müvəffəqiyyətə imza atmış olur. Bəs, görəsən, məktəbi buraxıb uğur qazananlar buna necə nail ola bilirlər? Bill Gates ya da Facebookun qurucusu Mark Zuckerberg kimi öz sahəsində uğurlu olan insan Harvardı belə sığmayaraq, öz proyektlərinə inanaraq universitetdən ayrıldılar

Yeni sual yaranır? Əgər bu insanlar Harvard kimi universiteti buraxıb da uğur qazana bilirlərsə, o zaman it kimi çalışıb universitet oxumağın nə mənası var? Universitetlər, akademiyalar nəyə gərəkdir? Bu suallar beynimin düşünmə mexanizmini çox məşğul etsə də sonunda, bir fikirdə qərar tapa bildim. Yəni suala özümə aid cavabı müəyyənləşdirdim. Universitetlər, akademiyalar kapitalist sistemə maaşlı işçi yetişdirər. Dünyada hər universitetin etdiyi budur. Fabriklərə mühəndis, şirkətlərə müdir, xəstəxanalara doktor, məktəblərə müəllim və s sahələrə işçi yetişdirər. Əgər bir universiteti bitirib də, nəhəng bir şirkətdə yönetici (idarəçi) belə olsanız, bu mövqe sizin həqiqi mənada lider olmanız demək deyil. Bir çoxuna qəbul etmək çətin gəlsə belə, hər hansı bir şirkətdə idarəçi olan adam, lider olmaqdan çox uzaqdır. İşdən çıxarıldığı anda onun "Lider"liyi də öz ömrünü başa vurar.

Yaxşı universitet oxuyaraq, müdafiə edib elmi dərəcə almaqla lider olmaq mümkün deyilmi? Əlbəttə, mümkündür. Bəlkə də akademik dərəcələri olan liderlərin sayı, məktəbdən atılaraq lider olanlardan daha çoxdur. Ancaq universitetdən sonra bir yol ayrıcı var. İnsan məzun olduqdan sonra uzun müddət mütəxəssisi olduğu sahədə işləsə belə, zaman keçdikcə insanın öz işini qurması lazımdır. Bir çox məşhur şirkət qurucularının avtobioqrafiyasını oxuyanda görürük ki, onların da kariyerası hər hansı sahədə bir müddət çalışmaqdan keçib. Daha sonra isə öz liderlik bacarıqlarından istifadə edərək bu gün dünyanın nəhəng şirkətlərindən birini qurmuşlar. Öz işini qurmaq bir təşəbbüskarlıq deyil. Restoran, kiçik dükan, paltar mağazası açmaqdan da əvvəl gərəkən adi bir proyektə sahib olmaqdır. Əgər kimsə, universitet məzunu, yaxu da universitetdın qovulmuş kimsə beynində proyekt qurarsa və bunun reallaşması üçün həqiqətən çalışarsa bir gün bu proyektin gerçəkləşəcəyi dəqiqdir. Qısacası, liderliyə doğru gedən yolda 4 yol ayrıcı var. var. İlk ikisi bir yerə çatmır. Birincisi məktəbi buraxmaq, proyekt və qabiliyyətlər olmadan yaşamağa davam etmək. İkincisi məktəbə getmək; universitet oxumaq, məzun olub orta maaşlı bir işdə çalışmaq.

Liderliyə çatan üçüncü və dördüncü yol isə belədir: Məktəbi, proyekt səbəbindən buraxmaq və sahib oluduğun qabiliyyətlərlə proyekti reallaşdıraraq lider olmaq. Dördüncüsüdürsə, məktəbə getmək, akademik müvəffəqiyyət əldə etmək və bir müddət sonra qyeri-adi qabiliyyətlərlə bir proyekti reallaşdıraraq liderə çevrilmək.

Hiç yorum yok:

Yorum Gönder