28 Aralık 2010 Salı

Heykəlləşirik...

Bizdə heykəltəraşlıq elə dəbə minib ki, bəlkə tarixində bu sənət qədər urvatsız olmamışdı. Hər addımbaşı heykəl. Həm də eyni formada. İndi də Koroğlunun heykəlini qoyacağıq. Özüdə nə az, nə çox 5 milyon manata. Dünyanın demək olar ki, hər yerində heykəllərə rast gəlmək olar. Ancaq orada heykəllər estetika üçün qoyulursa, biz də ideya daşıyıcısı kimi qəbul olunur. Misal üçün bizim qonaq qarşısında üzüqara olmamaq üçün ortalığa çıxara biləcəyimiz bəlkə də tək ədəbiyyat nümunəsi olan “Əli və Nino” əsərinin qəhrəmnalarına qonşu Gürcüstanda cəmi 10 min dollara heykəl qoyulub. Fikirləşməyin ki, gürcü qardaşlarımız “Əli və Nino”nu hörmətsiz tutub az pul xərcləyiblər. Aşağıdakı şəkildə həmin heykəli görəcəksiz. Az pul xərclənsə də diqqətçəkən və fərqlidir.

Heykəlin müəllifi gürcü Tamar Kvesitadzedir.

İki böyük fiqurdan ibarət olan bu heykəllər hərəkət edirlər. 10 dəqiqə ərzində yavaş-yavaş bir-birinə yaxınlaşaraq bir bütün olurlar. Daha sonra isə yenə ayrılır və yenə birləşirlər. Müəllif bu əsər üzərində 2 ildən çox çalışıb.Əsərin adı isə "Sevgi"-dir.


Ona görə fərqli dedim ki, bizdə bütün heykəllərdəki kişilər (əsasən kişilərə heykəl qoyulub şəhərimizdə) eyni formada otururlar, yaxud da ayaq üstə dururlar. Misal üçün universitet illərində 4 il yanından keçdiyim heykəlin Cəfər Cabbarlıya məxsus olduğunu bu yaxınlarda öyrənmişəm...(buna görə utanc duyuram).

Yəqin ki, Koroğlunun heykəli də at üstündə olacaq. İnanmıram ki, bu heykəl insanlarımıza zövq, şəhərimizin gözəlliyinə isə rəng qatacaq



3 yorum:

  1. you are invited to follow my blog

    YanıtlaSil
  2. Ela yazmisan ,Shahnaz. Gurcustandaki Ali&Nino heykeli barede bilmirdim.

    YanıtlaSil
  3. Gürcüstandaki Batumide olan heykeli hech gürcüler özleri Eli ve Nino heykelleri adlandirmirlar. Men nese heykelin her yerine baxdim, bele bir shey tapa bilmedim. Yanimizdaki gürcü de dedi ki, bu heykelin menasi "sevgi" demekdir. Indi bizimkiler ona nese Eli ve Nino heykeli adi veribler.
    Bele götürende, hech Qurban Seidin romaninda mövzu da bir o qeder sevgi mövzusu deyildi. Eli sevgisine göre yoxsa sherefine göre o ermenini öldürmüshdü? Mence romani yazanda mehebbet ile qetli qarshi-qarshiya qoyub, onlar arasinda müqayise aparmaz. Sadece Qafqazda yasham terzini göstermek isteyibdir yeqin ki...
    Ona göre de, men bu romani o qeder de mehebbet romani saymiram, herchend bezi yerlerde kishi ve qadin münasibetleri teqdim olunur. Romanin sonunda hech Ninonun taleyi de melum olmur, Eli ise veten ughrunda mehv olur, yeni eger mövzu mehebbet idi ise, onda bu romanin sonunda tamamile itir.

    He, amma Shahnazin yazdighi burada deyesen bashqa meqsed dashiyir. Herchende, men metnde bele cümleye rast gelmedim, amma deyesen, o, demek isteyir ki, Az.daki heykellerin mena ifadeliliyi azdir ve ya yoxdur. Bizde adam, heyvan heykelleridi, adami düshündürmürler. Ele yerlerinde statik veziyyetde durublar, o heykellerde hech bir dinamika yoxdur fikirleshesen ki, göresen bu heykel niye indi bele durubdur. Meselen belke heykel elinde kitax alib oxusa idi ve ya ne bilim üz cizgilerinde nese "oxunula" bilse idi, bax onda ele camaata da mena ötürerdi.

    YanıtlaSil