12 Eylül 2011 Pazartesi

Ərəb dünyasının "bahar"ında qadınlar....

Ərəb dünyasında baş verən tarixi dəyişikliyi izlədik. Uzun illərdir xalqın seçmədiyi iqtidarlar və liderlər yavaş-yavaş öz gücünü itirir, əvəzində isə xalq demokratiyaya doğru cığır açmağa başlayır. Ərəb dünyasına növbə ilə gələn “bahar” illərdir hüquqları tapdalanan və susdurulan bir təbəqə üçün əsl baharın müjdəsi idi: Bu susdurulan toplum təbii ki, qadınlar idi. Bəlkə də, ərəb tarixində qadın səsi ən güclü indi eşidilirdi. Onlar yaşanan inqilabların qəhrəmanına çevriliblər.

Üsyanlarda qadınların belə fəal iştirakı illərdir insanlarında beynində formalaşmış “qadın” streotipini təməlindən sarsıtdı. İtaətkar, boyun əyən, haqqı tapdalanan və bunun üçün mübarizə aparmayan “müsəlman qadını” imicini ərəb dünyasına gələn “bahar”ın suları ləkələyir. Bəlkə də bir neçə ay öncə inqilabın “kişi işi” olduğunun düşünənlər ərəb qadının bu cəsarətini və həyatını təhlükəyə atmaq hesabına olsa da inandıqları dəyələr uğrunda savaşacağını təxmin etməzdilər.

Ancaq Tunisdə başlanan inqilablar dalğası çağdaş zamanımızda inqilabın qadınlarsız mümkün olmayacağını sübut etdi. Tunis küçələrində müsbət dəyişiklik üçün çığıran, Misirdə günlərlə Tahrir meydanında yatan qadınlar Liviyada da sona qədər mübarizə apardılar. Bunları inqilab prosesi ilə maraqlanan, Al Jazeera-nı izləyən hər kəs görürdü. Xüsusilə Liviyada Qəddafi rejiminə qarşı aparılan mübarizədə qadınların rolu danılmazdır.

Bundan başqa qadınların inqilablarda fəal iştirakı qadınların inkişafına İslamın mane olması fikrini də dağıtdı. İstənilən cəmiyyətdə qadınların inkişafdan geri qalmalarının səbəbi hər hansı din deyil, patriarxal cəmiyyətin, adətlərin və ən əsası diktator idarəetmənin olduğunu sübut edən dindar ərəb qadınları oldu.

Ərəb inqilabları gender bərabərliyi uğrunda aparılan hərakat olmasa da, qadınların aktiv iştirakı isə önəmli bir dövrün başlamasına təkan verdi. Xalq uzun illər iqtidarda korlanmış hökümətin istefası üçün küçələr axışdığı vaxt, qadınlar da öz problemlərini dilə gətirmək üçün tarixi bir şans əldə etdilər. Misal üçün 1978-ci ildən bəri davam edən Əli Saleh höküməti Yəməndə digər ərəb ölkələri ilə müqayisədə qadın səsinin daha çox boğmuşdur. Qadın haqqlarının bu şəkildə tapdalanması yalnız üsyanlar başlandıqdan sonra açıq müzakirə müstəvisinə keçdi. Buna görə də Yəməndə iqtidarın devrilməsini bəlkə də ən çox qadınlar istəyirdi. İnqilaba qədər Yəmənin adı qadın haqqlarının tapdalanması ilə bağlı beynəlxlaq hesabatların başında gəlirdi

2008-ci ildə Yəməndə qadınlar üçün minimum evlilik yaşı 17-ə qaldırılmışdır. Ancaq, bu qanun radikal islamcıları ayağa qaldırmışdır. Hətta o vaxt parlament bLinkinasının önündə etiraz edən qadınlardan biri - Ümmü Əbdüləziz mətbuata verdiyi müsahibəsində belə demişdi:İndi bizi kim alacaq? İnsan haqqlarını müdafiə edən qurumlara baxın. Orda olan qadınların hamısı 40 yaşında evdə qalmış qızlardır”

Digər yəmənli qadın Təvəkkül Karman 2007-ci ildən bəri hər çərşənbə günü oxuduğu Sana universitetində mövcud rejime qarşı etiraz aksiyası keçirirmiş. Ancaq onun səsi yalnız ərəb dünyasının “bahar”ında eşidilməyə başladı. Ona qoşulanlar çox olanda. Hətta Yəməndə prezident Saleh etiraz nümayişləri zamanı çıxış edərək qadınlar və kişirlərin bərabər şəkildə mitinqdə iştirakının İslama zidd olduğunu demişdir. Görünür, bu günə kimi dinlə başını aldatdığı xalqı elə dinlə də boğmaq istəyimiş. Çünki indiyə qədər nəyin “haram”, nəyin “halal” olduğuna hökumət qərar verirdi.

Təbii ki, qadınların belə israrla etiraza davam etməsi onlara heç də asan başa gəlmədi. Ərəb ölkələrindən təkcə Yəməndə (Yəməni daha çox maraqlandığım üçün yazıda əsas missal kimi Yəmən nümayişləri götürülüb) 100-dən çox qadın həyatını itirib. Bir qrup qadın isə mitinqlər zamanı zorakılığa, hətta təcavüzə məruz qalıb. Yuxarıda bəhs etdiyim Təvəkkül Karman da daxil olmaqlar bir neçə qadın həbs edilib. Ancaq bütün bu olanlara baxmayaraq, qadınlar sona qədər mitinqlərdən əskik olmadı.

Onlar da kişilərlə eyni hüquqlara sahib olmaq, insan kimi layiq olduqları hörməti görmək və ən əsası özləri ilə bağlı seçim etmək, öz ölkələrində söz sahibi olmaq istəyirdilər. Meydanlarda Qəddafi, Bin Əli, Mübarək üçün istefa tələb edən qadınlar əslində özləri üçün “xoşbəxt sonluq” (happy end) umurdular. Onlar da insan kimi yaşamaq istəyirdilər. Özlərinin seçmədikləri cinsiyyətlərinə görə məruz qaldıqları ayrı-seçkiliyə son qoyulsun istəyirdilər.

Ümid edirəm ki, Ərəb ölkələrinin yeni liderləri hökümətdə qadına yer ayıracaq. Yoxsa, mitinqlərdə bərabər mübarizə apardıqları kişilər “rejim dəyişdi, gedin mətbəxinizə” deyərək yenidən onların hüquqlarını tapdalamağa davam edəcəklər.

Ərəb dünyasına bu qədər sərt qışdan sonra gələn “bahar”ında qadın haqqları məsələsi “növbəti bahara” qalmamalıdır. Çünki “bahar”dan sonra “yay” yalnız qadınların da kişilərlə eyni haqqlara sahib olduğu demokratik cəmiyyətə yaşanır...

8 yorum:

  1. ərəblərdə inqilabı qadınlar başlatmadı. hemişeki kimi kişiler başlatdı, kişiler vuruşdu. qadınlar da qızışıb özlərini ortalığa salmışdılar. qadınlar olmadan da inqilab olacaqdı, amma kişiler olmasaydi inqilab heç vaxt baş tutmazdı

    YanıtlaSil
  2. Qadınlarsız inqilabın baş tutacağını demək bir az böyük iddia oldu. Hesab edirəm ki, hər iki cinsin iştirakı olmadan bəşəriyyət tarixində müsbət heç bir dəyişikliyin olması imkansızdır.

    YanıtlaSil
  3. qadınlar tarixdə hansı müsbət dəyişikliyə imza atıblar ki?

    YanıtlaSil
  4. ama bütün tarix boyu qadınlar olub. elə tarixi dövr olmayıb ki, o dövrdə qadınlar yaşamasın. demək ki, baş verən müsbət dəyişikliklərə hər hansı bir formada köməkləri dəyib. ola bilsin ki, bu görünməyib, yaxud da tarixin görünməzliklərinə yuvarlanıb

    YanıtlaSil
  5. qadınlar hemişe belədir, öz uğursuzluqlarını tarixin ya da kişilerin boynuna atırlar. halbuki səmimi olub boyunlarına lmalıdırlar ki, kişilərsiz onlar heç nədir

    YanıtlaSil
  6. Kişilər də qadınlar heç nədir. Burada cinsi fərqdən söhbət gedir. Kişilər də qadınlar da nəticə etibarı ilə insandır.

    YanıtlaSil
  7. amma heç vaxt kişilər bar-bar bağırmırlar ki, ay aman qadınlar bizi öldürdü, qadınlar bizə mane oldu. Qadınlar isə hər yerdə ancaq çığırmaqla məşğuldurlar ki, kişilər bizi döydü, biz dünyanı düzəldəcəydik kişilər qoymadı

    YanıtlaSil
  8. kişilərin qadınlardan fiziki üstünlüyü zamanla insanların beynində ümumi kişi üstünlüyü formasında daşlaşıb

    YanıtlaSil