24 Temmuz 2011 Pazar

Həbsxanada evlilik

Bəzən insan elə an yaşamağa məhkum olur ki, bu an nə etməsinə yalnız hissləri qərar verə bilər. Məntiqin arzu etmədiyi bu anı həyatında yaşamağı kimsə özünə arzu etməz. Amma həyat arzularımızın üzərində qurulsaydı yəqin ki, bu da bizə maraqlı olmazdı. Misal üçün mənim kimi hər zaman yenilik və fərqlilik axtaran biri üçün belə həyat maraqsız görünür. Amma mən özüm də bəzən elə surprizlər elə yeniliklərlə qarşılaşıram ki, bunu heç vaxt yaşamaq istəməzdim.
Planlar qurub gözləmədiyiniz bir hadisə onu alt-üst edib, sonra da planlarınızın zibilliyində oturub "nə etməliyəm" sualına cavab axtarmaq çətindir. Hələ də bu hal xanımların başına gələrsə. Belə haldan çıxmaq nə qədər məntiq tələb edirsə, bir o qədər də güclü ruh, hisslər tələb edir. Çünki həbsdə olan sevgilinlə evlənmək məntiqlə bərabər hisslərin də diktəsi ilə verilmiş qərardır.

Bu yaxınlarda Azadlıq radiosunda baxdığım bir video məndə bu fikirləri formalaşdırdı
Təsəvvür edin, Belarus vətəndaşı Svyatlana Gorokhovik sevgilisi Pavel Vinahradau ilə evlənməyə hazırlaşır. Amma Pavel prezident Aleksandr Lukaşenko əleyhinə etiraz aksiyalarında iştiraka görə tutulub, dörd il azadlıqdan məhrum edilib, hazırda da həbsdədir. Qeyd edim ki, Lukaşenko "Avropanın sonuncu diktatoru" adlandırılır. Onun seçildiyi son seçkinin nəticəsi seçkini izləyən heç bir beynəlxalq təşkilat tərəfindən qəbul olunmayıb. Avropanın sonuncu diktatorunun qurduğu rejimin qurbanı olan cütlük bu alt-üst olmuş plan zibilliyində nə edəcəyini düşünür. Evlilik, toy planları quran Svyatlana Gorokhovik və Pavel Vinahradau qərar verirlər ki, həbsxanada evlənsinlər. Diktatura rejiminin qəddarlığı onların toy planlarını pozsa da məqsədlərinə çatmağa mane ola bilmir. Qarşılıqlı sevgi, fədəkarlıq, sadiqlik onları birləşdirir. Çünki hətta ən qəddar diktatura rejimi insanların ruhunu həbs etməyə qadir deyil. Azad ruhlu insan hisslərini də azad yaşamağı bacarır. "Azad olmayan insan sevə bilməz" misalı....
Həbsdə baş tutan nigahı ilk dəfə eşitmirdim. İndi Svyatlana Gorokhovik və Pavel Vinahradau haqqında fikirlərimi sizinlə paylaşarkən bir neçə ay əvvəl Türkiyə xəbər portallarından birində oxuduğum məlumat yadıma düşdü. Türkiyədə məşhur erməni jurnalist, Agos qəzetinin baş redaktoru Hrant Dinki qətlə yetirən oğlan da 6 ay nişanlı olduğu sevgilisi ilə həbsxanada evlənib.
Bundan başqa elə qonşumuzda keçən 8 Mart Beynəlxalq Qadınlar Günündə həbsxanda bir neçə xanımın nigahı birlikdə kəsilmişdir. Həbsxana rəhbərliyinin təşkil etdiyi kütləvi nigah mərasimində məhbus xanımların ailələrinin də iştirakına şərait yaradılıb. Eyni gündə 14 xanım məhbus soyadlarını dəyişdiriblər. Amma bu xanımların əksəriyyətinin həyat yoldaşı və uşaqları var. Təəssüf ki, həyat yoldaşları ilə rəsmi nigahları olmayan bu xanımların övladlar nigahdan kənar hesab edildiyi üçün onların anaları ilə görüşündə müəyyən problemlər yaranırmış. Xatırladım ki, bu xanımların heç birinin ali təhsili olmayıb. Onların böyük əksəriyyəti erkən yaşlarında evləniblər. Hətta bəziləri rəsmi nigaha daxil olmaq istəsələr də, buna qonşu dövlətin qanunvericiliyində nəzərdə tutulmuş yaş məhdudiyyəti imkan verməyib. Təhsilsiz xanımın ilk səhvlərinin nəticəsi nigahdan kənar evlilik, yəni vətəndaş nigahı olubsa, növbəti səhvlərinin sonucu həbsxana olub. Təhsilin insan həyatındakı rolunu anlamaq üçün elə bu hadisəni diqqətə almaq yetərlidir. Xanımlar təhsil alması onların inkişafı və həyatda doğru atmalarında nə dərəcədə əhəmiyyət kəsb etdiyini bəlkə də elə həbs olunduqdan sonra qaldıqları cəzaçəkmə müəsissəsində anlayıblar. Ancaq bir çox inkişaf etmiş Qərb dövlətlərində cəzaçəkmə müəssisəsi insanlara səhvlərindən nəticə çıxarıb yenidən normal həyata qayıtmağa, hətta həbsxanada təhsil almağa şərait yaradıl. Ancaq bizim ölkədə həbsxana yeni çirkablarla tanışlıq məkanına bənzəyir. İsənilən halda, xanımların həbsi nə qədər üzücü hal olsa da, onların azad sevgiləri və azadlıq istəkləriun həbsxana divarları ilə məhdudlaşmaması alqışlanmalıdır.
Azərbaycanda da belə bir cütlüyü tanıyıram. Bu dəfə fədakarlıq edən azərbaycanlı xanımı Rəna Nəcəfova idi. Rəna xanım Sadəddinov soyadını həyat yoldaşı Murad bəy həbsxanada olarkən qəbul edib. Yəni Rəna xanım Nəcəfova Murad Sadəddinovla həbsxanada nigaha girib. Belə ki, o zaman həbsdə olan Murad bəy cəza müddətinin üçdə birini Rəna xanımla bərabər keçirib. Murad bəyə verilən cəza müddətinin üçdə birini çəkdikdən sonra onlar qərara gəliblər ki, evlənsinlər. Azərbaycan qanunvericiliyi həbsdə olan məhkuma ailəsinin ayda bir dəfə 3 gün onunla qalmasına icazə verir. On il əvvəl Murad bəy azadlığına qovuşub. Rəna xanımın fədakarlığı və qarşılıqlı sevgi üzərində qurulumuş bu evlilik hələ də davam edir. Murad və Rəna xanım indi də xoşbəxt oldularını deyirlər.
Həbsdə evlənmək kimsəyə arzu edilməz, amma belə azad ruh və azad hissləri hamıya arzu edirəm...

7 yorum:

  1. Maraqlı bir internet saytı.
    Mənim məmnuniyyətlə buraya səfər edib.

    YanıtlaSil
  2. Hər şeyi məntiqə həvalə etmək, onunla tək başına qalmaq öz ruhunu əsarətə atmaqdan başqa bir şey deyil!

    YanıtlaSil
  3. heyatin insanin sifarishi ile olmur ki. esas istenilen situasiyada duzgun bildiyin sechimi etmekdir.

    YanıtlaSil
  4. Planlar qurub gözləmədiyiniz bir hadisə onu alt-üst edib, sonra da planlarınızın zibilliyində oturub "nə etməliyəm" sualına cavab axtarmaq çətindir......
    amma heyatda bir ölümə çarə yoxdur deyirlər....eger xosbext olmaga aparan yol mehz burdan kecibse,onda buna da deyer...

    YanıtlaSil
  5. once 2insanin maraqli bal ayisi , daha sonra onlarla insanin xoshbextliyi.....
    Bezen azadliqda olub, amma hec xoshbext ola bilmirik.. duzdu, hebsxanada xoshbextlik tapmaq her insana nesib olmur amma, sevindirici haldi ki, insanlar, yerinden, sheraitinden asili olmayaraq xoshbext ola bilirler...

    YanıtlaSil
  6. Yerinden ve Sheraitinden asili olmayaraq xoshbextliklerini tapan insanlar.. bezen illerle axtarsaqda tapa bilmirik !!!

    YanıtlaSil
  7. ....mentıq ılıshkılerınde hecbır fedakarlıq ola bılmez zaten...

    YanıtlaSil