3 Eylül 2011 Cumartesi

Uşaqlar və cinsi mövzular

Uşaqlarla cinsəl mövzularda açıq danışmaq lazımdırmı?

Əgər lazımdırsa bu necə edilməlidir?

Bəlkə uşaqlar özləri cinsəlliyi öyrənməlidirlər?

Övladına cinsi orqanın adını öyrətməyə çəkinən valideyn ona cinsəlliyi öyrənməkdə necə kömək edə bilər?

Adətən valideynlər uşaqlarına kiçik yaşlarında cinsəllik haqqında çox az danışırlar, hətta cinsi orqanların adını belə çəkməyə çəkinirlər. Bunun əvəzində müxtəlif adlar icad edirlər. Demək olar ki, böyük əksəriyyət analar uşaqları ilə danışarkən cinsi orqanın tibbi ədəbiyyatda qeyd edilən adlarını dillərini belə gətirmirlər.

Əslində cinsi orqanı ifadə etmək üçün kəşf etdiyimiz əcaib sözlərdənsə, elə öz adını desək heç nə dəyişməyəcək. Misala üçün “vajina” sözünün tələffüzü heç də pis səslənmir. Çünki normalda baş, ayaq, qol, burun və s. bütün orqanların adını rahatca dediyimiz kimi cinsi orqanların da adını leksikonumuzda qeyd edildiyi şəkildə səsləndirməkdə utanılacaq heç nə yoxdur.

Bu mövzuda internetdə araşdırma apararkən bir çox uşaq psixoloqlarının fikirlərini öyrənməyə çalışdım. Psixoloqların fikrincə, uşaqlarla cinsi mövzularda danışmaq və cinsi orqanların adını olduğu kimi öyrətmək lazımdır.

Niyə?

Əvvəla, uşaqların cinsi orqanlarının adlarını və yaxud daha geniş mənada seksi öyrənmək üçün tək mənbə ana-ata deyil. Təbii ki, uşaqlar hər zaman uşaq qalmır, böyüyürlər və müəyyən yollarla bu orqanların həqiqi adlarını öyrənirlər. Bu haqqda valideynlərin məsləhət bildiyindən də daha çox məlumatlı olan, eyni zamanda təhlükəli mənbələr var ki, uşaqlar həmin mənbələrdən öyrənə bilər. Əgər başqasından valideynlərə məlum olmayan şəkildə (bəlkə də onun üçün ziyanlı ola biləcək) öyrənməsini istəməyən ata-ana bunu əvvəlcədən düşünərək özünün düzgün bildiyi formada övladı ilə bu mövzularda danışıb, ona hər şeyi izah etməyə çalışmalıdır.

Təbiidir ki, uşaqlara hər şey maraqlı olur. Buna görə də valideynlər bəzən uşaqların gözlənilməz sualları qarşısında cavabsız qalırlar. Yəqin ki, hər birimizə kiçik yaşlarımızda necə əmələ gəlməyimiz qaranlıq idi və bir çoxlarımız bu qaranlıq məqama aydınlıq gətirmək üçün əsasən anamıza "biz necə olduq?" sualını ünvanlamışıq. Psixoloqlar məsləhət görürlər ki, ilk növbədə məsələyə sakit yanaşmaq lazımdır. Valideynlər "Uşaqsan otur yerində", "böyüyəndə öyrənəcəksən" kimi cavabları ilə onların beynində həmin məsələyə marağı böyütmüş olurlar. Uşaqlar ən qəribə sualı soruşsa belə, onun marağına hörmət edib, mühakimə etmədən və maksimum həqiqətə uyğun şəkildə cavab vermək ən yaxşı variantdır. Siz onu "Uşaqsan!" deyib sustura bilərsiniz, ancaq onun beynində yaranmış sualı silə bilməzsiniz. Əgər həmin şey uşağa maraqlıdırsa, nə vaxtsa müxtəlif yollarla həmin sualının cavabını kimdənsə öyrənəcək. Çox güman ki, yanlış öyrənəcək, yaxud öyrədiləcək, bu ikisi olmadığı halda uşaq olduğu üçün yanlış anlayacaq və deyilən informasiyanı mənimsəyəcək.

Valideynin, xüsusilə də anaların heç vaxt unutmaması lazım olan bir şey var: uşaqlar mühakiməolunmazdırlar. Onlar nə qədər məntiqsiz suallar versələr belə onları mühakimə etmək bu işin ən pis tərəfidir. Həqiqət axtarışında olan təmiz beyinə sahib olan uşağın beyni qarışıqdır. “Ayıbdır” deməklə, bu mövzunu onun üçün tabuya çevirəcəksiniz.Bu isə gələcəkdə streotip kimi formalaşacaq və onun üçün problem yaradacaq. Ən əsası isə uşaqların məhrəmiyyətinə (privacy) hörmət etmək lazımdır. Onun əşyalarına toxunarkən, otağına daxil olarkən mütləq icazə alınmalıdır ki, o da başqalarına qarşı eyni cür davranmağı öyrənsin.
Bundan başqa əsas məsələ sərhəd məsələsidir ki, əksər hallarda problemə çevrilir. Misal üçün harda necə geyinmək, harda hansı sözün söyüş, harda normal qarşılanacağını müəyyənləşdirmək çox çətindir. Bu işdə valideyn köməyi mütləqdir. Uşaqlarla sərhədləri bərabər müəyyənləşdirməlidirlər. Harada çılpaq gəzə biləcəyini, harada mütləq daha qapalı geyinmək lazım olduğunu onlara izah edilməlidir.
Uşaqlarla bu mövzuda danışarkən mütləq şəkildə onların yaş araqlıqları nəzərə alınmalıdır. Yaşla əlaqədar olaraq bədənlərində baş verən dəyişiklik haqqında onlara əvvəlcədən danışmaq lazımdır. Misal üçün 10 yaşlı qız uşağı mütləq mensturasiyanın nə olduğunu bilməlidir. Oğlanlar isə
prezervatifin nə olduğunu, niyə və hansı hallarda istifadə edildiyindən xəbərdar olmalıdırlar.

Kiçik yaşlarımızda nəzəri olaraq öyrəndiklərimiz ilə böyüdükcə praktik olaraq qarşılaşırıq. Uşaqların bu mövzuda məlumatlı olub, səhv etməmələrinə kömək olmaq üçün bu mövzuları bilmələri çox əhəmiyyətlidir. Uşağınızın bilmədən etdiyi hər hansı bir şey ətrafdakıların onu mühakimə etməsi üçün vasitə ola bilər. Hələ də bizim kimi mühakimə etməyi mükəmməl şəkildə bacaran, sterotiplərə bu qədər hörmət edilən bir cəmiyyətdə….

12 yorum:

  1. ama bezi valideynlerde bu movzuda melumat toplamalidilar...bir tanishimin oglu ilk defe " qusulunu pozmushdu" :)) ogluda ne bash verdiyini bilmirdi anasida,oglunu hekime aparmaga calishirdi :)))

    YanıtlaSil
  2. Bilmirsen ne yazasan!!! Turkler buna sacmaliq deyirler!!! Islami öyrenen gencler ucun hec bir problem yoxdur!!! Oglanlari zinaya tesvik ucun prezervativi öyretmek lazimdir? Diqqet cekmek ucun edirsen tutdu deyesen!

    YanıtlaSil
  3. ele bil psixoloq yazib

    YanıtlaSil
  4. yazini yazmamışdan əvvəl uşaq psixoloqu ilə məsləhətləşmişdim. Sadəcə olaraq, sonda həmin psixoloq adının qeyd olunmasını istəmədiyi üçün onun fikirlərini "psixoloqların fikri" kimi yazdım

    YanıtlaSil
  5. biz bilmirdik uşaq vaxti. ne oldu ki?

    YanıtlaSil
  6. hər halda inid uşaqlar bilsə gələcəkdə daha az səhv edərlər, fikrimcə

    YanıtlaSil
  7. daha tez ayılarlar və sekslə məşğul olarlar, hə?

    YanıtlaSil
  8. Seksi təbliğ edirsiz

    YanıtlaSil
  9. bircə bu çatmırdı, hər şey düzəldi. yazmağa heç nə qalmıyıb

    YanıtlaSil
  10. Məncə də, uşaqlar belə şeyləri bilsə yaxşıdı

    YanıtlaSil
  11. men uşağıma öyrəddəcəm

    YanıtlaSil
  12. adam axı utanır uşağı ilə belə şeylərdən danışmağa. mənim bacım menden 5 yaş balacadı, men onunla belə mövzulardan danışa bilmirəm. utanıram

    YanıtlaSil