26 Eylül 2011 Pazartesi

Liftdə

Tanımadığımız insanlarla bir neçə dəqiqə birlikdə qalmağa məcbur olduğumuz darısqal bir yer var - lift. Qəribə səssizlik olur liftlərdə. Hər gün işə gələrkən liftin düyməsini basıb gözləyəndə liftdə qarşılaşacağım insanları ciddi şəkildə düşünürəm. Görəsən kişi yaxud qadın olacaq, qoca ya cavan birimi olacaq, hicablı birimi olacaq, mənə "salam" deyəcəkmi və s bu kimi gic suallar beynimdə dolaşır. Bilmirəm niyə, amma liftə gülümsəyərək minib, "salam" deyən insanları görmək çox xoşuma gəlir.

İndi bir az irəli gedib, liftə minib-düşən hər kəsə gülərüzlə "salam" deyirəm. Hərdən bu salamlaşma tanışlıqla bitir. Təbii ki, salam verdiyiniz əcnəbi biridirsə.

Bu arada, ikinci mərtəbəyə liftlə çıxanları qınayıram, lifti gözləyənə qədər ikinci mərtəbəyə qalxmaq mümkündür, üstəlik bu sizi yoracaq qədər ağır iş deyil :)

2 yorum:

  1. bizim insanların üzündən zəhrimar yağır

    YanıtlaSil
  2. marşuruta minəndə sıfatı asık insanları görününce bütün olan qalan kefim də pozulur

    YanıtlaSil