15 Eylül 2011 Perşembe

“Fuck buddy” və "Friends with benefits"

Axır ki, şeytanın ayağını qırıb, kinoya getmək istədim. Buna görə də internetdə Bakı kinoteatrlarının afişalarına baxmağa başladım. Göstəriləcək bir filmin adı diqqətimi çəkdi. “Seksual dostluq”. Ona görə yox ki, filmin adında "seks" sözü görmüşdüm. Ona görə ki, bu filmə orjinal dilində artıq baxmışdım. Filmin orjinal adı „Friends with benefits”dir. Bu söz Azərbaycan dilində qarşılığı mənə xeyli maraqlı göründü. Ancaq təəssüf ki, bu tərcüməyə alternativ tapa bilmədiyim üçün seksual dostluq ifadəsi ilə razılaşmalı oldum . Seksual dostluq nədir?

Əks cinsin nümayəndələri bəzən münasibətlərini “biz sadəcə dostuq” şəklində izah edirlər

Belələrinin doğrudan da dost olduqlarına inanıram. Amma yəqin ki, bu dostluqda bizim anladığımız dostluqlardan tək fərqi bəzən sevişmələrin də yaşanmasıdır.

Günümüzdə ingilis dilində yayılmış bir ifadəyə də Azərbaycan dilində qarşılıq tapmaqda çətinlik çəkirəm “Fuck buddy”. Mənasını izah etməyə çalışım. Təxminən belədir: dostla sevişmək. “ bir-birimizi yaxşı başa düşürük, yaxşı vaxt keçiririk, yaxşı dostuq, arada fürsət düşəndə sevişirik də” deyən dostluq növüdür. Yəni belə münasibətlərdə hisslər yoxdur, qısqanclıq yoxdur, tərəflər biri biri qarşısında heç bir məsuliyyət daşımır, ən əsası sevgidən uzaqdır.

İnsanların istedikləri insanlar seks yaşamasına tamamilə tolerant yanaşan biri kimi “fuck buddy”lərə də normal baxıram. Amma fikrimcə, bu məsələdən tək narazı qalan dostluq ifadəsidir. Çünki bu sadəcə sevgi və dostluğu bacarmayan insanların tapdığı ortaq yoldur.

5 yorum:

  1. başa düşə bilmirəm e, necə yata-yata dostuq deyə bilir millət

    YanıtlaSil
  2. bir dene friends with benefitse razi olan qiz tapsaydim yaxsi olardi. indi hansi qıza yaxınlaşırsan sırazı evlenmek isteyir. bedbext uşağının əlindən tutdunda evlənməlisən elə bil :DD

    YanıtlaSil
  3. kino ele de xosuma gelmedi

    YanıtlaSil
  4. i am sorry men bele munasibetleri normal qarshilamiram. Butun bunlar insanlarin deyerlerinin ashgi enmesini gosterir.sevgi, dostluq kimi deyerler.

    YanıtlaSil
  5. Sən anlaşılmaz insansan!

    YanıtlaSil