24 Ekim 2011 Pazartesi

Əlimizdəki quşlar

İstəyirəm bu yaxınlarda oxuduğum maraqlı kitablar haqqında fikirlərimi sizinlə paylaşım. Türk ədəbiyyatını çox az oxusam da, İnci Ararın “Ölü Erkek Kuşlar” əsəri çox xoşuma gəldi. Rəngli sujet xətti olmamasına baxmayaraq, əsər sonuna qədər oxucu üçün özünün marağını qoruyur.

Münasibətlər, insan psixologiyasından bəhs edən kitab bir insanın istəklərinin sabit olmadığını, inkişafını əks etdirir. İnsanların, əsasən də qadınların bilinməyən, bəlkə də çox kişinin təxmin etdmədiyi qaranlıq köşələrinə əl uzadan müəllif qadına və eyni zamanda kişiyə cəmiyyətin biçdiyi don və insanların eqosu arasında ölçü fərqlərini göstərməyə çalışıb. Əsərdə 3 insanı mərkəzə alınıb. Öz ayaqları üzərində duran, savadlı, mədəni, yüksək inellektə sahib, həyatda tək başında var olmağa çalışan qadının hisslərinin dəyişkənliyindən danışılır.

Ər ilə sevgiliyə duyulan hisslər, eyni vaxtda iki insanı sevmək göstərilib.

Ümumiyyətlə, qadınların daxilində yatan müxtəlifliklər son vaxtlar qadın yazarlar tərəfindən göstərilməsi bəlkə də onlara yüksək bacarıqları sayəsində kişilərə qadınları daha yaxşı tanıtmaq istəməsindən irəli gəlir. Elif Şafakın “Siyah süt” əsərində də bu çox ustalıqla təcəssüm etmişdir. Amma İnci Ararın yazdığı bu əsərdə sona qədər qadın ruhunun gəzişdiyini hiss etdim, bir oxucu olaraq. “'Yalvarma, ağlama və and içmə. Qapıları bağla, elə möhkəm bağla ki, bir daha kimsə sənin o zədələnmiş daxilinə, yalnızlığına addım atmasın. Onu qoru, çünki o sənsən və eyni zamanda mənəm”

Əsəri hamınıza oxumağı məsləhət görərdim. Mən bu əsərdən yaddaşımda qalan parçaları yazım.

Əsərdə Ayhan kasıb ailədə böyüyür, anası ilə yaşayır, qardaş-bacısı və cinsi həyatı yoxdur. Çox utancaqdır. Bir-iki dəfə “genel ev”e getsə də uğursuz olub. Daha sonra özü kimi cəmiyyətin tələblərinə boyun əymiş bir qızla tanış olur. Qız dövlət idarəsinə işləyir, rəngli həyatı yoxdur, həyatı iş-ev arasında keçir. Bir-iki dəfə qızla görüşdükdən sonra evlənirlər. İkisinin də təcrübəsizliyi və dünyagörüşünın darlığı onlarla maraqlı həyat qurmağa, ən əsası da mükəmməl sevişmələrinə imkan vermir. Daha sonra əsgərliyə gedir. Əsgərlikdə olarkən arvadı bir hərbiçi ilə öpüşür, bir dəfə isə yad kişi ilə yatağa girir. Arvadı bunları Ayhana boşandıqdan sonra danışacaq. Əsgərlikdən qayıdan Ayhan Almaniyada təqaüd qazanır, arvadını da götürüb ora oxumağa gedir. Almaniyada oxuduğu vaxt arvadı da təhsil alır, özünü inkişaf etdirir. Artıq həyatları daha maraqlı keçir. Mükəmmələ yaxın seks yaşaya bilirlər. Ayhan və həyat yoldaşını Almaniya dəyişir. İndi onlar inkişaf etmiş, mədəni və müasir insanlardır. Streotiplərdən kənara çıxa bilirlər. İkisinin də dəyərləri və prinsipləri dəyişib. Türkiyəyə dönürlər və ayrılmağa qərar verirlər. Ayrıldıqdan sonra Ayhanın keçmiş həyat yoldaşı o əsgrəlikdə olanda başqası ilə öpüşdüyünü, hətta sevişdiyini deyir. Ayhanın ikinci həyat yoldaşı Sunaya keçmiş həyat yoldaşından danışarkən dediyi söz diqqətimi çəkdi. İndi əri əsgərlikdə olan qadının başqası ilə öpüşməsini normal qəbul etdiyini deyən Ayhan deyir ki, arvadının bu hərəkəti ona pis təsir edib. Çünki o Almaniyadan sonra dəyişən dəyərləri ilə buna pis baxmır, amma arvadı bunu edərkən o Almaniyaya getməmişdi və streotipli beyinlə düşünən tipik Türkiyə kişisi kimi bu onun üçün qəbuledilməz bir namussuzluq idi. - Bir münasibətdə hörmət deyilən şeyin yaşaması üçün mütləq qarşı tərəfin dəyərlərin (digər tərəfə görə doğru olmaya da bilər) hörmət olmalıdır.

Ayhanla evli olduğu zaman əsərin baş tək mərkəz qadını Suna ərinin dostu Onura aşiq olur. Ümumiyyətlə, əvvəlcədən qeyd edim ki, Suna-Ayhan evliliyi çox fərqlidir, sıradan evlilik deyil. Ayhana görə evlilik “bir evdə yaşayan iki pensioner” deməkdir. Yəni qadın da həm iqtisadi, həm də düşüncə baxımından tam müstəqil olmalıdır. Amma sonuna qədər Ayhan düşüncəsinə sadiq qalıb qalmadığını əsəri oxuyanda özünün kəşf edərsiniz.

Suna müasir və azad fikirli ərinə onun dostunu sevdiyini deyəndə Ayhanın münasibəti də sıradan deyildi. “Cəmiyyətin düşüncəsi olmasaydı, deyərdim ki, gedin bir müddət birlikdə yaşayın, həvəsiniz ölsün.” Hər kişinin işi deyil bunu etməsə belə deməsi.

Bundan başqa kitabda burada yaza bilmədiyim çox maraqlı məqamlara toxunulub.

Əsər bir qadına çox şey anlata bilir. Əlində erkək quşun ölüsünün qalmasını istəmirsinizsə, onun uçmasına izin vermək lazımdır, bəlkə də.

Yuxarıda da qeyd etdiyim kimi əsərin rəngli sujet xətti olmasa da, sonuna qədər maraqla oxumaq olur. Adətən hansısa əsəri oxuyanda əsərin sonuna qədər oxucunun beynində hansısa sual dolaşır ki, o sualın cavabını tapanda əsər öz oxunaqlığını itirir. Ancaq İnci Aralın yazdığı bu romanda beynimdə yaranan sualın nə olduğunu dəqiq bilmirdim, nəyin cavabını gözləyirdim bəlli deyildi, amma sonuncu cümləyə qədər sanki beynimdəki sual işarəsinin itəcəyini düşünürdüm. Beynimdəki suallar itdi, ya hələ də qalıbmı onu yazmayacam. Maraqlıdırsa oxuyarsınız. Oxumaq istəyib Bakıda həmin kitabı tapmayanlara öz kitabımı kirayə verə bilərəm qaytarmaq şərti ilə. Bu arada qeyd edim ki, türk dilini çox yaxşı bilmirsinizsə əsəri anlamaq bir az çətindir. Çünki asan dili yoxdur, cümlələr uzun və qəlizdir.

7 yorum:

  1. oxumaq istedim. qardasim turkiyeye gedecek deyerem alar, oxuyaram

    YanıtlaSil
  2. Əgər oxumaq istəsəniz, mən sizə öz kitabımı kirayə verə bilərəm.

    YanıtlaSil
  3. ama bir şərtlə. siz də əvəzində bir kitab mənə verəcəksiniz və oxuyub bitirən kimi qaytaracaqsınız :)

    YanıtlaSil
  4. düz deyir kişilər quş kimi uçurlar, bir yerdə çox qala bilmirlər

    YanıtlaSil
  5. Qadınlar onlardan çoxmu fərqlidir?

    YanıtlaSil
  6. əlbəttə, qadın ərinə ailəsinə sadiq olur

    YanıtlaSil