4 Kasım 2010 Perşembe

Ceyhun Osmanlıdan fərqi olmayan "radikal” müxalifətçilər

Seçkilər yaxınlaşır, amma insanlar neyi seçəcəklərini bilmirlər. Bəri başdan qeyd edim ki, mən hər mənada azad seçimin tərəfdarıyam. Amma bizim ölkədə nəyinki azad parlament seçkiləri, heç azad şəkildə geyim, partnyor, yaşam seçimi mümkün deyil.

Fikrimi daha aydın ifadə etmək üçün, sizə bir misal göstərim. Ən primitiv seçimlərdən biri geyim seçimidir. Baxın, bizim ölkədə kişilər əsasən klassik şalvar geyinirlər, ikinci az bir qisim var ki, onlar şort geyinirlər, üçüncülər isə hip-hop stilində geyinirlər. Birincilər bizim cəmiyyətin streotiplərinə görə, əsl kişi hesab olunsalar da, ikincini seçənlərə ciddi yanaşmırlar, üçüncüləri isə ümumiyyətlə, başında ağıl olmayan biri kimi qəbul edirlər. Sizcə bu seçimdirmi? Belə olan təqdirdə, necə azad seçim etmək olar? Axı seçim ekvivalent, yaxud da təxmini bərabər səviyyəli məfhumlar arasında mövcud olur.

Nəzərə alsaq ki, azad seçim ağıllı seçim demək deyil. O zaman belə bir nəticəyə gəlmək olar ki, hakimiyyət bizi düşünərək azad seçimlərə imkan vermir. Müxalifəti iqtidarla ekvivlent səviyyədə olmayan ölkədə necə demokratik parlament formalaşdırmaq mümükün olar? Demokratik deyə bar-bar bağırılan ölkənin parlamentində hələ də müxalifətin fraksiyası yoxdur. Bəyənmədiyiniz Ermənistanın, qalstuqyeyən prezidenti olan Gürcüstanın ali məclisində fraksiya var axı. Budurmu, Qafqazın lider ölkəsinin “demokratiyası”?

Hər axşam İTV-də seçki debatlarına baxırıq. Mən bilməzdim ki, bizim cəmiyyət üçün bu debatlar bu qədər maraqlı olar. Debat deyil, əsl biabırçılıqdır. Siz baxın, millət vəkili adayının nitqinə. Kockoca Slavyan Universitetinin prorektorunun vərəqdən oxumadığı tək cümlədə, mövqeyinə münasibət bildirməklə hakimiyyətə yaltaqlıq etmək istədiyi üçün rəqibinin adını belə düzgün deyə bilmədi. Üstəlik iddia etdi ki, rəqibi 4-cü çağırış məclisə 5-ci dəfədir ki, namizədliyini verir. Bu debatlarda hətta seçilməyəcəyini bal kimi bilən bəziləri gələcəkdə başqa vəzifə almaq ümidi ilə efir vaxtından istifadə edirlər. Hamı rəqibini vurmaq üçün bəhanə axtarır. Bizim ölkədə kimisə qaralamaq üçün iki əss vasitə var: transseksual və erməni. İsa Qəmbərin ermənilərlə saziş imzalaması bu sazişdən bir cümlə belə oxumayanlar üçün əsl fürsətdir. Ceyhun Osmanlıdan fərqi olmayan populist çıxışlar edən “radikal” müxalifətçilər özlərindən təmsil etdikləri mövqe haqqında bir daha düşünsələr yaxşı olar, bəlkə insafa gəlib adlarını doğru yazarlar

Hiç yorum yok:

Yorum Gönder